Cümə , 26 Aprel 2024
Drone Cameras

Prezident İlham Əliyev: “Son illər sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib”

“Ölkədə işsizlik kəskin azalaraq 5 faiz həcminə düşüb, 1 milyon 600 min yeni iş yeri yaradılıb. Son illər sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib”.

Virtualaz.org bildirir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, bu sahədə qəbul edilən dövlət proqramları kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə geniş imkanlar açacaq: “Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağıl ölkədə mühüm işlər görülür. Hazırda əsas ərzaq məhsullarına olan tələb ödənilir”.

Prezident İlham Əliyev çıxışında regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının əhəmiyyətindən danışıb: “Bu proqramlar bölgələrin inkişafına güclü təsir edib. Təsadüfi deyil ki, son illər 20-dən çox elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşma 93 faizə çatıb, 11 min kilometrdən çox yol salınıb, sosial infrastruktur məsələlərinə böyük diqqət göstərilib. 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi inşa olunub. Ölkədə işsizlik kəskin azalaraq 5 faiz həcminə düşüb, 1 milyon 600 min yeni iş yeri yaradılıb. Son illər sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib. Bu ilin 7 ayında valyuta ehtiyatları 3 milyard 600 milyon dollar artıb”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda çayçılığın, çəltikçiliyin və sitrus meyvələrin yetişdirilməsinin böyük ənənələri var və keçirilən müşavirə bu sahənin inkişafına böyük təkan verəcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir