Cümə axşamı , 26 Noyabr 2026
Drone Cameras

Vladimir Jirinovski Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib

Rusiya Liberal Demokrat Partiyasının lideri, tanınmış siyasətçi Vladimir Jirinovski Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən getməsini təklif edib.

Boyukmillet.com “APA”ya istinadən xəbər verir ki, Jirinovski Rusiyanın daha sərt siyasət yürütməli olduğunu bəyan edib.

O, bu səbəbdən Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib: “Beynəlxalq problemlər qalır. Biz, daha sərt xəttin lazım olduğunu hesab edirik. Prezident olsaydım, xarici işlər nazirinin dəyişdirməkdən başlayardım. Bu gün başqa adam lazımdır, hansı ki, ondan yaxşı olacaq”. 

Bununla yanaşı liberalların lideri Sergey Lavrovun sələfi kimi görmək istədiyi şəxsin adını açıqlamayıb.

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir