Şənbə , 6 İyul 2024

Yearly Archives: 2017

Oğluna görə işdən çıxarılan general danışdı: “Uşağı başlı-başına buraxmışam…”

Prezident İlham Əliyevin sərəncamı ilə dünən vəzifədən azad olunan general-mayor Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır. Bu barədə Yenicag.Az-a danışan general bildirib ki, Prezident onu daha əvvəl işdən çıxartmalı idi: “Hadisədir – baş verib, mübahisə yaranıb və sonu da belə olub. Bu məsələdə vəzifəli şəxs kimi mənim də səhvim çox böyük olub, uşağı başlı-başına buraxmışam. Başlı-başına deyəndə …

Read More »

Samir Adıgözəllidən ŞOK çıxış: “Azərbaycanın da öz FETÖ-su var”-VİDEO

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Bitməyən erməni təcavüzü” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli layihə çərçivəsində Türkiyənin Qars və İğdır şəhərlərində keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat verib. Daha …

Read More »

Adını dəyişdirmiş erməni Azərbaycanda təşkilat rəhbəridir – Deputatdan şok açıqlama

“Azərbaycan dili haqqında əks təbliğat aparılırdı…” “Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir”. Bu fukirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli …

Read More »

Ərdoğanla Elçibəyin Bakıda üz-üzə görüşü – TARİXİ VİDEO

Boyukmillet.com saytı sizə tarixi bir məqamın video görüntüsünü təqdim edir: Elçibəy və Ərdoğan bir arada.  Çağdaş Türkiyə siyasətinin əfsanəvi isimlərindən, dövrün Rifah Partiyasının sədri, mərhum Nəciməddn Ərbakan 1992-ci ilə böyük bir heyətlə Bakıya gəlir. Ərbakan və heyəti Bakıda Azərbaycan prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilir. Azərbaycan-Türkiyə münasibətlərinin, bütövlükdə İslam dünyasının problemlərinin açıq şəkildə müzakirə edildiyi görüşdə Ərbakanın yanında – müavini …

Read More »

Məşhur YAP-çı deputat mühüm mesajlar verdi: “Çox ciddi islahatlar olacaq…”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov APA-ya maraqlı müsahibə verib.   Boyukmillet.com həmin müsahibəni olduğu kimi təqdim edir:   – Ermənistanın atəşkəsi pozması nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc əhali arasında ölüm halı oldu. Bu təxribatının ardınca təmas xəttində torpaqlarımızın işğaldan azad olunması uğrunda həlledici döyüşlərin başlanmasından söhbət gedir. …

Read More »

QHT rəsmisi: “Düşmən öz anladığı dillə, anladığı üsulla cəzalandırılmalıdır”

“İşğalçı Ermənistan silahlı qüvvələrinin bugünlərdə Füzulinin Əlixanlı kəndində növbəti təxribatı nəticəsində həyatını itirmiş günahsız insanların – nənə və körpə nəvənin öldürülməsi, daha bir qadın vətəndaşımızın isə ciddi yaralanması hadisəsinə Azərbaycanda, dünyada verilən reaksiyaları diqqətlə izləyirik”. Bunu  Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi daha iki insanımızı qanına qəltan eləyib, daha birini …

Read More »

Dinc əhalinin atəşə tutulması hallarına son qoyulmalıdır

Erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından (CDU) olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib. Almaniyalı deputat bəyanatında deyib: “Füzuli rayonunun dinc sakinləri Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi …

Read More »

İŞİD Bağdadinin ölümünü rəsmən elan etdi

İŞİD terror qruplaşmasının döyüşçüləri Əbu Bəkr Əl-Bağdadinin ölümünü rəsmən etiraf etdilər. Terrorçuların bəyanatına əsasən yaxın günlərdə “yeni xəlifə” elan ediləcək. Bu barədə “Əs-Sumariyə” kanalı məlumat verib. İyun ayının ortalarında Rusiya müdafiə nazirliyi İŞİD liderinin bombardman nəticəsində qətlə yetirildiyini bəyan etmişdi. ABŞ tərəfi belə bir məlumata sahib olmadığını elan etmişdi. İran mətbuatı isə Əbu Bəkr Əl-Bağdadinin qətlə yetirildiyini təsdiqləmişdi.

Read More »