Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Samir Adıgözəllidən ŞOK çıxış: “Azərbaycanın da öz FETÖ-su var”-VİDEO

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Bitməyən erməni təcavüzü” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli layihə çərçivəsində Türkiyənin Qars və İğdır şəhərlərində keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat verib. Daha sonra BDM sədri dr. İsmayıl Ağayev çıxış edərək 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinə münasibət bildirib. O qeyd edib ki, ermənilər bu hərəkətləri ilə yenidən sübut etdilər ki, Azərbaycan ordusu ilə deyil, mülki vətəndaşlara qarşı döyüşürlər. Konfransda iştirak edən Azərbaycan Kazaklar İttifaqının sədri Sergey Samuylov beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzü dayandırmağa çağırıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Atatürk Mərkəzinin sədr müavini tədqiqatçı alim Nazir Əhmədli, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Demokratik Cəmiyyət və Qadın Hüquqları Birliyinin sədri Mehriban Abdullayeva, Milli QHT Forumunun vitse-prezidenti Sevil Yusifova, BDM-in Polşa nümayəndəliyinin rəhbəri Sərdar Oğuz, Azərbaycan Kazaklar İttifaqının sədr müavini Raşid İqnatyeviç, BDM-in departament rəhbərləri Vidadi Nuriyev, Etibar Əzizov, Mübariz Ağayev, Hüquq və Azadlıq təşkilatının sədr müavini Surxay Məmmədli, Zəkiyyə Həziyeva və başqaları çıxışlarında erməni silahlı qüvvələrinin son təcavüzlərinin yüz illərdir Azərbaycana qarşı aparılan soyqırımının davamı olduğunu bildiriblər. Eyni zamanda çıxış edənlər xalq diplomatiyası ilə deyil, ermənilərlə hərbi dildə danışmağın vaxtı keçdiyini qeyd ediblər.

Tədbirdə yaddaqalan və diqqətçəkən çıxışlardan biri BDM sədrinin birinci müavini Samir Adıgözəllinin söylədiyi nitq olub. BDM funksioneri bildirib ki, Azərbaycanın daxilində çoxlu sayda dövlətçiliyə zərbə vurmaq istəyən qüvvələr var. S. Adıgözəlli bunu obrazlı olaraq belə çatdırıb: “Azərbaycanın da öz FETÖ-su var”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir