Şənbə , 27 Aprel 2024
Drone Cameras

Ərdoğanla Elçibəyin Bakıda üz-üzə görüşü – TARİXİ VİDEO

Boyukmillet.com saytı sizə tarixi bir məqamın video görüntüsünü təqdim edir: Elçibəy və Ərdoğan bir arada. 

Çağdaş Türkiyə siyasətinin əfsanəvi isimlərindən, dövrün Rifah Partiyasının sədri, mərhum Nəciməddn Ərbakan 1992-ci ilə böyük bir heyətlə Bakıya gəlir. Ərbakan və heyəti Bakıda Azərbaycan prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilir.

Azərbaycan-Türkiyə münasibətlərinin, bütövlükdə İslam dünyasının problemlərinin açıq şəkildə müzakirə edildiyi görüşdə Ərbakanın yanında – müavini Rəcəb Tayyib Ərdoğan əyləşib (Açıq mavi rəngli kostyumda).

Uzun  sürən, bütün mətləblərin açıq danışıldığı görüşün sonunda heyətin adından Əbülfəz Elçibəyə hədiyyələrin verilməsinə keçilir. Bu zaman Ərbakan yanında oturan müavininə – Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edir. Ərdoğan Elçibəy üçün məxsusi olaraq gətirilmiş hədiyyələri təqdim edir. Hədiyyələrdən birinin “Qurani-Kərim” olduğu anlaşılır.

Boyukmillet.com olaraq həmin anları özündə əks etdirən video kadrı təqdim edirik:

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir