Şənbə , 29 İyun 2024

Yearly Archives: 2017

Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirin adı açıqlanıb – TAM SİYAHI

2016-cı ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayonda keçirilmiş qəbullarda iştirak edən 8048 vətəndaş 6109 müraciət təqdim edib.“Report”un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, qaldırılan məsələlərin 5224-ü (85,5 faizi) qəbulu keçirən mərkəzi icra orqanının səlahiyyətlərinə aid olub.Onun sözlərinə görə, qəbullarda iştirak etmiş …

Read More »

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib. Komitənin informasiya və analitik araşdırmalar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tender müxtəlif lotlar üzrə elan edilib, o cümlədən, qadın sahibkarlığının inkişafı, qadın və uşaq hüquqlarının müdafiəsi, təbliği, məşğulluq strategiyasının həyata keçirilməsi, ailələrin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi, uşaqlar müharibənin günahsız qurbanları mövzularında tədbirlərin keçirilməsi; …

Read More »

Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Read More »

Ağcabədidə 23 yağlı oğlan özünü öldürüb

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 15-də rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Read More »

Səudiyyə Ərəbistanına ballistik raket atdılar – Yəməndən

Səudiyyə Ərəbistanına Yəmən tərəfdən iki ballistik raket atılıb. Trend-in SPA agentliyinə istinadən verdiyi məlumata görə, hər iki raket zərərsizləşdirib. Husilərə məxsus “Əl-Məsirə” telekanalı isə Səudiyyə Ərəbistanının Əbhə hava limanına atılan ballistik raketlərin hədəfə çatdığını iddia edir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı-Yəmən sərhədində silahlı qarşıdurmalar nəticəsində fevralın 1-dən etibarən 17 hərbçi həlak olub.

Read More »

Türkiyə ordusu Əl-Baba nəzarəti ələ alıb

Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsinə böyük miqyasda nəzarəti ələ alıb. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir. Qeyd olunur ki, artıq İŞİD terror qruplaşmasının bütün silahları susub. Hazırda İŞİD-dən azad olunan ərazilərin minalardan təmizlənməsi işləri aparılır.

Read More »

Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub. ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Belə ki, uğursuz əməliyyat nəticəsində yarada iltihabi proses başlayıb. ATU-nun klinikasında müayinədən keçən xəstənin qarın boşluğunda başlayan iltihablı proseslə yanaşı yad cisim də …

Read More »

“Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası davam edir

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası davam edir. Kampaniyanın məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin təlimlərdə iştirak edərək maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasında …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı. ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirdi, ölkəmizin …

Read More »