Şənbə , 2 Dekabr 2023

Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Belə ki, uğursuz əməliyyat nəticəsində yarada iltihabi proses başlayıb. ATU-nun klinikasında müayinədən keçən xəstənin qarın boşluğunda başlayan iltihablı proseslə yanaşı yad cisim də aşkarlanıb.

Xəstə dərhal əməliyyata alınıb. Klinikanın ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev tərəfindən aparılan əməliyyat uğurla nəticələnib.

Hazırda xəstənin vəziyyəti stabildir.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir