Cümə , 17 May 2024

Yearly Archives: 2017

“Xanımlar, bu şərəfsizlərin şantajına boyun əyməyin”

Tənzilə Rüstəmxanlı   “Başqasının xanımını santaj edərək, arvadına geyim-keçim almaqdırmı kişilik?”   Bu yazını yazmaq üçün çox düşündüm və bir neçə dəfə də yazmaqdan vaz keçdim. Sonra anladım ki, yazmaq lazımdır. Çünki bu bizim cəmiyyətin ciddi sorunlarından biridir. Bir çox insan bu acını yaşayır, sadəcə yazmağa cəsarəti çatmır. Bir müddət əvvəl görüşümə çox qədim dostum gəlmişdi. Biz onunla az-az görüşərik, …

Read More »

Azərbaycan nümayəndə heyəti Həşimi Rəfsancanının yas mərasimində iştirak ediblər

Azərbaycanın dövlət nümayəndə heyəti İran İslam Respublikasının keçmiş Prezidenti Həşimi Rəfsancanının yas mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehran şəhərində səfərdə olublar.“Report”un xəbərinə görə, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə məlumat yayıb.Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinini tərkibində deputatlar İsa Həbibbəyli, Şəmsəddin …

Read More »

Paytaxtda ötən günün qəzalarında 3 piyada ölüb

Paytaxtda ötən gündə baş vermiş yol qəzalarında 3 piyada ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır. Həmin gün saat 19 radələrində Nərimanov rayonu …

Read More »

Görkəmli xeyriyyəçi-mesenatın obrazı rənglərin işığında

Haqqında söz açacağımız portretin varlığı çoxlarına bəllidir. Lakin indinin özündə də onun orijinalını görənlər o qədər də çox deyildir. Yarandığı gündən üzü bəri cəmisi 8 il divardan asılıb, sonra isə illərlə işıq üzünə həsrət qalıb. Uzun illərin baxımsızlığından hətta məhv olmaq dərəcəsinə çatıb. Bərpaçı-rəssam sözün əsl mənasında ona ikinci həyat verib. Buna baxmayaraq, müxtəlif səbəblər üzündən yenə də gözdən uzaq …

Read More »

Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq

Ankarada Rusiya səfirini qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mərt Altıntaş adsız qəbiristanlıqda dəfn olunacaq. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir. Məlumata görə, meyit morqdan 15 gün əzində təhvil alınmalı olduğu halda, hələ də orada qalır. Qeyd olunur ki, yaxınları onun meyitini qəbul etməkdən imtina ediblər. Bu səbədən Altıntaşın meyiti dəfn olunması üçün bələdiyyə nümayəndələrinə təqdim ediləcək. Xatırladaq …

Read More »

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

FİFA yığma komandaların 2017-ci ildə ilk reytinq siyahısını açıqlayıb. “Report”un məlumatına görə, Azərbaycan millisi siyahıda 386 xalla 90-cı pillədə qalıb. 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San Marino 17 xalla 202-ci pillədə qalıb. 418 xalla 1 pillə irəliləyən Norveç isə 84-cüdür. Siyahının ilk 34 pilləsində …

Read More »

Türkiyə vətəndaşlığı almaq üçün 4 ŞƏRT

“Türkiyə vətəndaşlığını almaq haqqında” qanuna dəyişikliklər edilib. Trend-in məlumatına görə, dəyişikliklərə əsasən bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər: – 3 il ərzində satmamaq şərtilə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan; – Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə yatıran; – Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı …

Read More »

Trampın qızı: Atam prezident oldu, biznesdən gedirəm

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İvanka Tramp öz Facebook səhifəsində yazıb. İvanka Tramp qeyd edib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan sonra o, geyim və aksessuar şirkətindən müvəqqəti olaraq ayrılacaq, şirkətin idarəolunmasında iştirak etməyəcək. Qeyd edək ki, Donald Tramp yanvarın 20-də …

Read More »

ABŞ-ın Polsboro şəhərciyinin meri yanan binadan qızı xilas edib

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən şəhərciyin meri yanğınsöndürənlər gələnə qədər yanan binadan qızı xilas edib. Bu barədə NBC telekanalı məlumat yayıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident əhalisinin sayı 6 min nəfər olan Polsboro şəhərciyində baş verib. Şəhərciyin meri Heri Stivenson dəfn mərasimindən piyada evinə qayıdırmış. Keçmişdə yanğınsöndürən işləyən Stivenson yanan evi gördükdə xilasedicilərin gəlməsini gözləmədən özünü oda ataraq, …

Read More »

Şəmkirdə silah-sursat tapılıb

Şəmkirdə küçədən silah-sursat tapılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən Düyərli kəndi ərazisindən “TOZ-8” markalı tüfəng, 2 ədəd qumbara və 83 ədəd müxtəlif çaplı patron tapılıb.

Read More »