Şənbə , 8 Noyabr 2025
Drone Cameras

Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq

Ankarada Rusiya səfirini qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mərt Altıntaş adsız qəbiristanlıqda dəfn olunacaq. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir.

Məlumata görə, meyit morqdan 15 gün əzində təhvil alınmalı olduğu halda, hələ də orada qalır. Qeyd olunur ki, yaxınları onun meyitini qəbul etməkdən imtina ediblər. Bu səbədən Altıntaşın meyiti dəfn olunması üçün bələdiyyə nümayəndələrinə təqdim ediləcək.

Xatırladaq ki, yanvarın 10-da Rusiya səfiri Andrey Karlov sərgi zalında qətlə yetirilmişdi. Ona güllə atan Mərt Altıntaş isə zalda olan başqa polisin açdığı atəş nəticəsində zərərsizləşdirilmişdi.

Check Also

Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir