Bazar , 1 Dekabr 2024
Drone Cameras

Azərbaycan nümayəndə heyəti Həşimi Rəfsancanının yas mərasimində iştirak ediblər

Azərbaycanın dövlət nümayəndə heyəti İran İslam Respublikasının keçmiş Prezidenti Həşimi Rəfsancanının yas mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehran şəhərində səfərdə olublar.
“Report”un xəbərinə görə, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə məlumat yayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinini tərkibində deputatlar İsa Həbibbəyli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələməov, Nəriman Əliev və Aydın Mirzəzadə, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev olublar.
Nümayəndə heyəti İranın Ali Rəhbəri Əli Hüseyni Xomeninin təşkil etdiyi dövlət yas mərasimində iştirak ediblər və başsağlığı veriblər.
Həmçinin səfər çərçivəsində Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb və Azərbaycan dövlətinin başsağlığını İran dövlətinə çatdırıb.
Azərbaycan nümayəndə heyəti İran İslam Respublikası İslam Məsləhət Şurasının (parlament) də iclasında iştirak ediblər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir