Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2017

FHN: Biznes mərkəzindən nazirliyin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təxliyə olunub

Paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN PLAZA” biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda yanğının tam söndürülməsi işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri 40 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Əlavə məlumat veriləcək. (AZƏRTAC)   boyukmillet.com

Read More »

Britaniyanın Avropa İttifaqından çıxacağı dəqiq tarix açıqlanıb

Böyük Britaniya Avropa İttifaqından 2019-cu il mart ayının 29-da London vaxtı ilə saat 23.00-da çıxacaq. Boyukmillet.com “Report” a istinadən xəbər verir ki, ölkə hökuməti “brexit”in dəqiq vaxtı ilə bağlı qanun layihəsi hazırlayacaq. Qeyd edək ki, Britaniyanın Avropa İttifaqından çıxmasının tarixi haqqında əvvəllər də məlumat yayılmışdı. Həmin məlumatda Londonun iki ildən sonra “brexit”i reallaşdırmağı planlaşdırdığı bildirilmişdi. Artıq hökumət məsələ ilə bağlı tarixi dəqiqləşdirib.    Boyukmillet.com

Read More »

Azərbaycanın turizm imkanları Bəhreyn Krallığında təqdim edilib

Körfəz ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axınının daha da artırılması çərçivəsində cari il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilib. Növbəti təqdimat nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin təşkilatçılığı ilə Bəhreyndə reallaşıb. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə “Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın Körfəz ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri …

Read More »

Atatürkün xatirəsi yad edilir

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü ilə əlaqədar qardaş ölkədə anım günü keçirilir. Bununla əlaqədar Anıtqəbirdə anma mərasimi təşkil olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, siyasi partiya rəhbərləri və hökumət üzvləri Anıtqəbrə gələrək Türkiyənin xilaskar oğlunu ehtiramla yad ediblər. Atatürkün məzarı önünə əklil qoyulub. Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin xatirə …

Read More »

Ağ ev: Vyetnamda Tramp və Putinin görüşü olmayacaq

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamda keçirilən sammitində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında formal görüş olmayacaq. Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib. Boyukmillet.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, bunun səbəbi Ağ ev başçısının qrafikinin sıxlığı ilə izah olunur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşün …

Read More »

II Avropa Oyunlarında 30 min turistin iştirakı gözlənilir

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına 30 min turistin gəlişi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “BelTA”ya 2019-cu il II Avropa Oyunları Müdiriyyəti fondunun direktor müavini Anatoli Kotov bildirib. O, deyib ki, bu cür turnirlərə gələnlər bahalı otellərdə və ya mənzillərdə deyil, özləri ilə gətirdikləri çadırlarda qalmağa üstünlük verirlər. Lakin turistlər üçün paytaxtda və Minsk rayonunda xüsusi evlər ayrılacaq. A.Kotovun …

Read More »

Zaqatalada Milli Qəhrəmanın ailəsi evlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunun Dağlı kəndində inşa etdirilmiş müasir tələblərə uyğun fərdi yaşayış evi Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun ailəsinə təqdim edilib.Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Tədbirdə vurğulanıb ki, indiyədək 5 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib. Onlardan 5 100 nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları II Dünya müharibəsi əlilləri, …

Read More »

Türkiyənin diplomatik jurnalı Qarabağdan yazır

Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatic Observer” jurnalının 2017-ci il noyabr nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir. Məqalədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Artıq diplomatik üstünlük …

Read More »

Azərbaycanla Afrika İttifaqı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şərqi ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişlənməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsi ilə əlaqədar məmnunluq ifadə olunub.E.Məmmədyarov Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman …

Read More »

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb. Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu. Prezident İlham Əliyevə məlumat verildi ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və …

Read More »