Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Zaqatalada Milli Qəhrəmanın ailəsi evlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunun Dağlı kəndində inşa etdirilmiş müasir tələblərə uyğun fərdi yaşayış evi Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun ailəsinə təqdim edilib.
Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə vurğulanıb ki, indiyədək 5 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib. Onlardan 5 100 nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları II Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün ölkəmizin rayon və şəhərlərində fərdi və çoxmənzilli evlərin tikintisi, yeni inşa edilmiş binalardan mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.
Tədbirdə dövlətçilik uğrunda böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Natiq Məmmədovun həyat və döyüş yolunun əsl vətənpərvərlik nümunəsi olduğu qeyd olunub. (report.az)

 

boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir