Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Türkiyənin diplomatik jurnalı Qarabağdan yazır

Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatic Observer” jurnalının 2017-ci il noyabr nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.

Məqalədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Artıq diplomatik üstünlük bizim tərəfdədir” fikrini qeyd edib.

Yazıda ATƏT-in Minsk qrupunun vasitəçiliyinə baxmayaraq, Azərbaycan ərazilərinin işğal altında qaldığı, 1 milyon azərbaycanlının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı diqqətə çatdırılır. (AZƏRTAC)

 

Boyukmillet.com

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir