Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

İstanbulda hərbi helikopter qəza təhlükəsi ilə üzləşib

İstanbulun Sabiha Gökçen Hava Limanında jandarm Baş Komandanlığına məxsus hərbi helikopterin arxa hissəsi işıq dirəyinə çırpılıb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə yerli vaxtla saat 17:45-də, helikopter hava limanına enərkən baş verib. Qəza ilə əlaqədar əraziyə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Qeyd edilir ki, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb. Hadisə səbəbindən …

Read More »

Karantini pozan 2 532 nəfər cərimələndi

Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 30-da ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Read More »

Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Boyukmillet.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildiriilib ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin …

Read More »

Azərbaycanda 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər sağalıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, …

Read More »

Prezident: “Artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə bilərik”

“Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək: “Ancaq bizim fikrimiz ondan ibarətdir ki, …

Read More »

Dövlət başçısı: “Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”

“Biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Read More »

Hülusi Akar: “Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq”

“Cənab Prezident, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün öz adımdan və nümayəndə heyətinin üzvləri adından çox təşəkkür edirik, sağ olun. Cənab Prezidentimizlə Siz mütəmadi olaraq danışırsınız, amma yenə də o, Sizə salam göndərdi. Salamlarını Sizə çatdırmaq istəyirəm. Fürsətdən istifadə edib gec də olsa, doğum gününüzü təbrik edirik, neçə belə illərə çıxasınız. Liderliyinizi, inşallah, möhkəm cansağlığı və uğurlarla davam etdirəcəksiniz”. Boyukmillet.com …

Read More »

20 Yanvar şəhidinin ailəsi üçün verilən Prezident təqaüdünün məbləği artırıldı

20 Yanvar şəhidinin ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb. Boyukmillet.com. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 500 manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək. Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi. Bu …

Read More »

Azərbaycan Prezidenti Türkiyə-Rusiya Monitorinq Mərkəzinin hazır olacağı vaxtı açıqlayıb

“Nəhayət sonuncu məsələ Türkiyə-Rusiya Monitorinq Mərkəzidir. Azərbaycan bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın …

Read More »

Bu şəxslərə verilən Prezident təqaüdünün məbləği iki dəfə artırıldı

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev …

Read More »