Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2020

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? – Müəmma

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, bu, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı “qanuni oğru”dur. Belə ki, bundan 7 il öncə kriminal aləmdə “Qoca Yasamalski” kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. İddialara görə, “Qoca”nı öldürməyi Lənkəranski əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı …

Read More »

Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlandı

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb. Bakı şəhər BPİ Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub. Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində …

Read More »

Poçt qəbzi deputatı qəzəbləndirdi

“Bu ödəniş bildirişi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən Azərpoçt MMC də vətəndaşlara verilən qəbzlərdən bir nümunədir. Müəssisə doğrudan da “yüksək texnologiya” nümayiş etdirərək qurama bir dil icad edib”. Boyukmillet.com xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib. S.Rüstəmxanlı bildirib ki, 30 ilə yaxın müstəqil olan bir dövlətin poçtları özlərini gülünc …

Read More »

XARİCİ ÖLKƏ HƏRBÇİLƏRİNİN RƏQQASƏLƏRLƏ QARŞILANMASI ALÇAQLIQDIR

Ötən gün Rusiya Hərbi Dəniz Donanmasının Bakıda rəqqasələrlə qarşılanmasını “alçaqlıq” kimi qiymətləndirən AMİP-in  bəyanatında deyilir: “Məlum olduğu kimi, dünən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi Bakıya gəlib. Qarşılanma törənində xarici ölkə hərbçilərinin …

Read More »

Biz ağac əkənik, yoxsa kəsən?! Sahil Tahirli yazır…

Cəhri selabındakı yarısı qurumuş sonuncu söyüd ağacını məhəllə uşaqları ilə bir yerdə qol-budaq edib evlərimizə daşımağımızdan təxminən 25 ilə yaxın vaxt ötür. O vaxt təkcə bizim kəndimiz yox, ümumilikdə, Naxçıvan “donurdu”. Blokada, qaz yox, işıq yox, yanacaq yox, daşımalar yox, dəmir yolu iflic… Çarə on illərlə boya-başa çatmış ağacları kəsib sobalarda təzəklə birlikdə yandırmağa qalmışdı. Nəinki dağda-daşda, meşələrdə, heç həyətlərdə …

Read More »

Kürdəmirin icra başçısı HƏBS OLUNDU – Rayonda ƏMƏLİYYAT

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gün Kürdəmir rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan şikayətlər əsasında xüsusi əməliyyat keçirib. Turkustan.info-ya daxil olan məlumatda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanıldığı bildirilir. Ceyhun Cəfərovla yanaşı, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun …

Read More »

“Şirkətlər “ölmüş eşşək qiyməti”nə satılacaq” – Türkiyəli professordan koronovirus oyunu barədə xəbərdarlıq

Koronovirus sadəcə səhhəti deyil, dünya iqtisadiyyatını da bürüməyə davam edir. Çox ölkədə işsizlik faizi artarkən, iqtisadiyyatın böyümə tempi rəqəmləri də mənfi olaraq açıqlanır. Boyukmillet.com xəbər verir ki, bu açıqlama ilə Türkiyənin iqtisadiyyat üzrə professoru Dr.Ramazan Kurtoğlu çıxış edib. Kurtoğlu koronovirusun sadəcə bəhanə kimi göstərildiyini iddia edib. Kurtoğlu gələcək illərdə valyuta kursu savaşlarının baş verməsi ilə bağlı xəbərdarlıq edib. O, rəqabət və …

Read More »

Koronavirus testindən keçən şəxslər rayonlara gedə bilərlər – AÇIQLAMA

Azərbaycanda 13 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimində müəyyən yumşalmalar tədbiq edilir. Belə ki, avqustun 18-də açıq havada olan ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bu gün hər kəsi maraqlandıran məsələ rayonlara gediş-gəlişə nə zaman icazə verilməsidir. Koronavirus testindən keçən şəxslərin rayonlara gediş-gəlişinə icazə verilə bilərmi? Boyukmillet.com bildirir ki. bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, …

Read More »

Azərbaycan Türkiyənin bütün addımlarını qətiyyətlə dəstəkləyir – XİN

Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.“BakuPost” L.Abdullayevaya ünvanlanmış sualı və XİN sözçüsünün cavabını təqdim edir:– Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlaması barədə nə deyə bilərsiniz?– Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün …

Read More »

DADP qurultaya hazırlaşır – Partiyanın adı dəyişdiriləcək

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Mətbuat xidmətinin məlumatına görə, bu barədə partiyanın sədri Əlisahib Hüseynov açıqlama verib. DADP sədri bildirib ki, partiyanın növbəti, 6-cı qurultayı avqustun 22-də keçiriləcək. Qurultayın vaxtı COVID-19 pandemiyası ilə əlaqədar karantin dövrünə təsadüf etdiyinə görə videokonfrans formatında keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq partiyanın IT qrupu artıq bir neçə müddətdir ki, hazırlıq işləri aparır. Əlisahib Hüseynov …

Read More »