Cümə axşamı , 9 May 2024
Drone Cameras

Poçt qəbzi deputatı qəzəbləndirdi

“Bu ödəniş bildirişi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən Azərpoçt MMC də vətəndaşlara verilən qəbzlərdən bir nümunədir. Müəssisə doğrudan da “yüksək texnologiya” nümayiş etdirərək qurama bir dil icad edib”.

Boyukmillet.com xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı bildirib ki, 30 ilə yaxın müstəqil olan bir dövlətin poçtları özlərini gülünc vəziyyətə salır:

“Səbəbini anlamaq olmur. Bəlkə Azərbaycana məxsus olduqları hələ poçt işçilərinə və onların böyüklərinə çatmayıb? “Əməliyyatın növü:письмо” və ya “Два manat 34 qəpik” hansı texnologiya ilə icad edilmiş dildir. Poçt işçiləri dövlət dilimizə niyə sayqısızlıq edirlər?”

Vilayət Muxtar

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …