Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2020

Bakıdan rayonlara giriş-çıxış bağlı qaldı

Rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda qeyd edilib ki, bununla bağlı qərar sanitar-epidemioloji vəziyyət təhlil edilərək veriləcək.

Read More »

Metro nə vaxt açılacaq?

“Metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bununla bağlı ölkə ictimaiyyətinə məlumat veriləcək.

Read More »

Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, …

Read More »

“Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək”

“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”.  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.

Read More »

Kürdəmirdə 24 yaşlı piyadanı avtomobil vurdu

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “VAZ 21011” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən rayon sakini 24 yaşlı Süleymanova Gülşən Sərhəd qızını vurub. Yaralı müxtəlif növ bədən xəsarəti alaraq  Kürdəmir rayon Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Cəlilabadda meşədə yanğın oldu

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.  Boyukmillet.com-un məlumatına görə, yanğın hadisəsi rayonun Fətullaqışlaq kəndi yaxınlığında yerləşən meşə ərazisində qeydə alınıb. Yanğın nəticəsində 0,3 hektar sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.  Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilməklə söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakı sakini Füzulidə ağır qəza törətdi

Füzulidə iki navtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.  Qəza nəticəsində Bakı sakini 1983-cü il təvəllüdlü Quliyev Cəlil Miri oğlu xəsarət alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb.  Müayinə zamanı ona qapalı kəllə-beyin və boyunun küt travması diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Türkiyə Aralıq dənizi üzərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus altı F-16 qırıcısını ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Avqustun 27-də Yunanıstana məxsus altı F-16 təyyarəsi Kritdən Kipr Respublikasına doğru yola çıxaraq, Türkiyənin beynəlxalq NAVTEX bildiriş verdiyi bölgəyə yaxınlaşıb. F-16 qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını aldı və bölgəni tərk etməyə məcbur etdi” – deyə məlumatda bildirilir. …

Read More »

Erməni hərbçiləri daşıyan alman təyyarəsinə Türkiyədən qadağa

Türkiyə Almaniya Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçuşuna icazə verməyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Almaniyanın Federal Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunur ki, iyulun sonunda Kölndən İrəvana uçmalı olan təyyarənin Türkiyə üzərindən keçməsinə razılıq verilməyib. Məlumatda qeyd olunur ki, təyyarə erməni əsgərlərini Almaniyaya hərbi təlimlərə aparmaq məqsədi daşıyıb. “Spiegel” Türkiyənin imtina ilə bağlı heç bir səbəb göstərmədiyini yazıb. Erməni hərbçilər …

Read More »