Cümə , 3 Aprel 2026

Yearly Archives: 2020

Bakı istəyinə nail oldu: Ancaq müharibə hələ bitməyib

Xəritəyə baxanda görmək olar ki, azərbaycanlılar faktiki olaraq ərazilərinin azad edilməsilə bağlı bütün məsələləri həll ediblər. Qarabağın mənəvi paytaxtı Şuşa götürülüb, razılaşmaya əsasən, erməni qoşunları 1 dekabra kimi olduqları rayonlardan çıxarılır. Həmin qoşunlar demək olar ki, təcrid olunublar. Onlar orada qala bilərlər, amma qışın gəlməsi ilə bu, onlar üçün ölüm və aclıqdan başqa bir şey deyil. Boyukmillet.com xəbər verir ki, bu …

Read More »

Rusiya sülhməramlıları Qarabağa yola düşdü

Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib. “Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, – deyə nazirliyin …

Read More »

Ermənilər Paşinyanın edamını tələb edir

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyan və onun silahdaşları üçün ölüm hökmü tələb edir. Boyukmillet.com xəbər verir ki, S.Baqdasarov bu barədə öz Teleqramında yazıb. “Yerevanda baş verən hadisələrə gəldikdə, bu barədə dəfələrlə xəbərdarlıq etdiyim şeylər baş verir. Əbədi suala-nə etməli və kim günahkardır,- bir cavab tələb olunur. Bəs …

Read More »

Rus politoloq: Qondarma Qarabağ mövcudluğunu itirdi

Paşinyan qeyd-şərtsiz kapitulyasiyaya imza atıb. Boyukmillet.com xəbər verir ki, bu sözləri erməniyönlü rusiyalı politoloq Qleb Kuznetsov öz Feysbuk səhifəsində paylaşıb. “Bu, sülh deyil, kompromis deyil, şərəfli məğlubiyyət deyil, məhz qeyd-şərtsiz kapitulyasiyadır. Düşmən hesab etdiyindən daha çox şey əldə etdi. O, hər şey üçün indulgensiya (cənnət qəbzləri) qazandı. Şuşanın və ordunun itirilməsi ilə Qarabağ mövcud ola bilməz. Faktiki olaraq beş illik sülhməramlı mandat müddəti …

Read More »

Hulusi Akar: “44 günlük hərəkatın 44 il danışılacağına əmin olun”

“Bütün dostlar və qardaşlarımı öz və Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından səmimi-qəlbdən təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıya səfər edən Türkiyə Müdafiə naziri Hulusi Akar söyləyib. “Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl …

Read More »

Ərdoğan Putinlə danışdı: Ermənistan bəyanatdakı öhdəliklərə əməl etməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb. 

Read More »

SON DƏQİQƏ: Hulusi Akar, Mövlud Çavuşoğlu və Hakan Fidan Bakıda

Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik …

Read More »

Azərbaycan-Ermənistan sülh bəyannaməsi qardaş Türkiyənin mütərəqqi regional rolunu daha da gücləndirəcək …

Samir Adıgözəlli: “Sülhməramlı kontingent məsələsində də ciddi balans əldə etmişik” Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Dövlət başçısı bildirib: “Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: “Münaqişə …

Read More »

Azərbaycan Xalqının Ümmummilli Qəhrəmanı: o, bütün dünya azərbaycanlılarını zəfər xəbəriylə sevinc göz yaşlarına boğdu

Bunun əminliklə deyə bilərəm ki, dünən gecənin gec saatlarından bəri Azərbaycanda hər evdə işıqlar yanırdı, televizorlar işləyirdi. 5-10 dəqiqəlik gecikməylə bütün Azərbaycan xalqı bir-birini xəbərdar edərək oyatmışdı. Necə ki, mən kənddəki ata-anama gözaydınlığı, muştuluq vermək üçün zəng etmişdim, eləcə də hamı tanışına, qohumuna ailəsinə, qardaşına, bacısına zəng edib yuxudan oyatmışdı. Hamı öz Prezidentinin, Ali Baş Komandanının Zəfər xəbərini izləyirdi. 30 …

Read More »

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayırıq. 30 ildir düşmən tapdağı altında olan qədim Azərbaycan torpaqları Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun uğurlu əməliyyatları və qəhrəmanlığı ilə işğaldan azad olundu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son …

Read More »