Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir ki, davam edən münaqişənin həllində yeni …

Read More »

Xarici ölkələrdən Qarabağa gələn bəzi terrorçuların kimlikləri məlum olub

Ermənistan tərəfində muzdlu kimi döyüşmək üçün xarici ölkələrdən Dağlıq Qarabağa gəlmiş bəzi terrorçuların kimlikləri məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı məktubda məlumat verib. “Fransa vətəndaşları – Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs), “Zouaves Paris” ekstremist qrupunun lideri …

Read More »

Çavuşoğlu: “Atəşkəsə necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir”

“Hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Bunun da hesabını ağır ödədi. Güclü Azərbaycan Ordusu uğurlu oldu, Paşinyan təslim olmaq vəziyyətinə düşdü. Dünən gecə üç ölkə arasında atəşkəs imzalanıb. Buna necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Meydan və masada həmişə Azərbaycanın yanında olduq. Bundan sonra da qardaş Azərbaycanın …

Read More »

Paşinyan HƏR ŞEYİ ETİRAF ETDİ: Bir yol vardı, Ermənistan buna görə TƏSLİM OLDU

“Ordu dayanmağın lazım olduğunu söylədi”. Boyukmillet.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bildirib. O deyib ki, ordudan hərbi sursatların tükənməsi xəbərləri gəlirdi. Bundan başqa perspektiv olmayıb: “Cəbhə bölgəsində vuruşanları əvəz edən yox idi. Döyüşənlərin dincəlmək imkanı olmalı idi. Cəbhə xəttində ardıcıl bir ay əvəzlənməyən insanlar var idi. Nəticədə Ermənistan respublikasının rəhbərliyi və dqr (qondarma Dağlıq Qarabağ …

Read More »

İlham Əliyevlə Ərdoğan parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını …

Read More »

Rusiyalı sülhməramlılar hansı ərazilərə yerləşdiriləcək? – XƏRİTƏ

Azərbaycan Ordusunun zəfərindən sonra əldə olunmuş Qarabağ razılaşması əsasında yeni xəritə hazırlanıb. Boyukmillet.com xəbər verir ki, xəritədə Azərbaycan Ordusunun azad etdiyi ərazilər, həmçinin, rusiyalı sərhədçilərin yerləşdirildiyi bölgələr göstərilib. Mavi rəng Azərbaycan Ordusunun azad etdiyi əraziləri göstərir. Qırmızı ilə göstərilən ərazilər dekabrın 1-nə qədər Azərbaycana təhvil veriləcək ərazilər, yaşıl rəngli ərazilər isə rusiyalı sülhməramlıların yerləşəcəyi bölgədir. (modern.az)

Read More »

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. Bu barədə XİN-dən məlumat verilib. Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb. Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə …

Read More »

Türkiyənin vitse-prezidenti Azərbaycanı təbrik edib

“Qarabağ Azərbaycandır” deyə inancla bir ağızdan hayqırırdıq. Artıq Qarabağ Azərbaycandır. Eşq olsun, sevinciniz, sevincimiz daim olsun, can Azərbaycan”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tvitterdə yazıb. “Karabağ Azerbaycan’dır” diye haykırıyorduk inançla hep bir ağızdan.Artık Karabağ Azerbaycan’dır.Eşk olsun, sevinciniz, sevincimiz daim olsun can Azerbaycan.— Fuat Oktay (@fuatoktay) November 10, 2020

Read More »

Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb

Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var. Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb. Daha əvvəl Rusiya Federasiyasının …

Read More »

Türkiyənin XİN başçısı: “Azərbaycan əhəmiyyətli bir qələbə qazandı”

“Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb. “Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik”, – Mövlud Çavuşoğlu yazıb. Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol …

Read More »