Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Türkiyədə terrorçular bir neçə mülki şəxsi qətlə yetiriblər

Türkiyənin Hakkari əyalətinin Dərəcik rayonunda PKK terroçuları İraqla sərhəddəki iki rayon arasındakı yolda təmir işləri aparan işçilərə hücum ediblər. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, silahlı hücum zamanı 1 işçi həlak olub, daha 2 nəfər ağır yaralanıb. Qeyd edilir ki, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı regionda iri miqyaslı əməliyyat başlayıb. Türkiyənin …

Read More »

Donald Tramp bir çox ştatda birinci yerdədir

ABŞ-ın hazırkı prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp səslərin hələ sayılıb qurtarmadığı 6 ştatın 5-də birinci yerdədir. Boyukmillet.com xəbər verir ki, bületenlərin64 faizinin sayıldığı Pensilvaniyada D.Tramp səslərin 56,1, səslərin 71 faizinin sayıldığı Miçiqanda 53,4, həmçinin 94 faizinin sayıldığı Şimali Karolinada 50,1 faizini,80 faizinin sayıldığı Corciyada 56 faizini, 91 faizinin sayıldığı Viskonsində 51,3 faizini qazanıb. Demokrat Partiyasının namizədi Co Bayden isə bületenlərin üçdə ikisinin sayıldığı Nevada ştatında səslərin 50,3 faizini əldə edib.

Read More »

Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar

Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “UAZ” markalı avtomobildən bir ədəd “Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub. Başqa bir məlumata görə, …

Read More »

Prezident İlham Əliyev: “Ermənilər həmişə özlərini köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər”

Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər.  Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Lakin, baxın, bu gün nələr baş verir. Paşinyan, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə …

Read More »

28 il əldə edilməyən tarixi ədalət Ali Baş Komandanın rəhbərliyi ilə bərpa olundu – Ramil Usubov

Cənab Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi: …

Read More »

Keşişin döyüşə yola saldığı erməni əsgərlərin ölüm qorxusu üzlərindən oxunur

Ermənistan silahlı qüvvələrinə məcburi döyüşə göndərilən əsgərlərin şəkilləri yayılıb. Trend-in erməni KİV-inə istinadən məlumatına görə, ruh yüksəkliyi yaratmaq üçün onları keşiş yola salır. Amma yayılan fotolarda erməni əsgərlərinin sifətindəki qorxu, həyəcan uzaqdan hiss ediləcək səviyyədədir. Fotoya diqqətlə deyil, elə gözəyarı baxanda məlum olur ki, həmin şəxslər döyüşmək üçün məcburi gətiriliblər. Biçarələrin sifətində bir solğunluq sezilməkdədir.Məcburi evlərindən çıxarılan bu şəxslərin birinin …

Read More »

Prezident İlham Əliyev: “Paşinyan deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir”

Paşinyan deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, …

Read More »

Ağdərə istiqamətində düşmənin UAZ-ı içindəki zabitlə birlikdə məhv edildi

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb. UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan …

Read More »

DTX: Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Dövlət Təhlükəsizliyi Xidmətindən  verilən məlumata görə, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər …

Read More »