Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ağdərə istiqamətində düşmənin UAZ-ı içindəki zabitlə birlikdə məhv edildi

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb.

Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …