Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

PKK lideri təşvişdə: Türklər bizi məhv edəcək!

Türkiyə Silahlı Qüvvələri PKK-nı tamamilə məhv etməyə çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu PKK terror təşkilatının lideri Murad Qarailan deyib. Türkiyənin Haftanində yol tikinti işlərini aparmasından narahat olan Qarailan bunun PKK üçün heç də yaxşı nəticələnməyəcəyini bildirib: “Haftanindəki bütün yüksəklikləri tutublar və buraya yol çəkirlər. Uludərə bölgəsindən gələn yolu bütün yüksəkliklərə birləşdirirlər. Bir sözlə, helikopterlə edilən tədarükü quru yolu ilə …

Read More »

Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib – FOTO

Ümummilli lider Heydər Əliyev deyib: “Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün ordumuz  torpaqlarımızı işğaldan azad edir, tarixi ədalət bərpa olunur. Döyüş meydanında əsl vətənpərvərlik göstərən  igid  oğullarımız Vətən yolunda öz adlarını ən uca zirvəyə-şəhidlik zirvəsinə yazırlar. Torpağa …

Read More »

Prezident 4 TVİT ATDI

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvitter hesabında paylaşımlar edib. Boyukmillet.com prezidentin fikirlərini təqdim edir: “Biz reallıqları dəyişdik. İndi ermənilər bunları nəzərə almalıdır. Bu, bizim torpaqdır, bu, ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir”. “Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. …

Read More »

Hikmət Hacıyev: “Cenevrə görüşlərinin keçildiyi gün Azərbaycan rayonlarına 200-dən artıq mərmi atılıb”

Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulmuşdur. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə …

Read More »

Putinin Qarabağla bağlı son mesajlarının pərdəarxası

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanmasının çətinliklərindən danışıb. O deyib ki, hər iki tərəfin öz həqiqətləri var. Asan həll yoxdur, düyün çox dolaşıqdır: “Bizim mövqeyimiz aydındır, Azərbaycana 5 və sonra 2 rayon qaytarılmalı, Qarabağda müəyyən rejimli zonalar yaradılmalıdır”. Putinin fikrincə, tərəflərin maraqlar balansı bərabərləşsə, münaqişəni həll etmək mümkün olacaq: “Qarabağ probleminin sadə həlli yoxdur, hərənin öz həqiqəti var və …

Read More »

Nazirlikdən ermənilərlə mesajlaşan azərbaycanlı fəala XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi sosial şəbəkə fəalı Nurlan Qəhrəmanlının (Libre) oktyabrın 29-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada döyülməsi ilə bağlı iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdən istifadə edən çoxsaylı vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək Nurlan Librenin sosial şəbəkələrdə erməni millətindən olan şəxslərlə mütəmadi əlaqə yaratmasıdan, dostluq qrupu təşkil edərək onların dövlətimiz barədə yazdıqları mənfi …

Read More »

Samir Adıgözəlli: “Amnesty International”ın qeydə aldığı faktlar Ermənistanın cinayətlərini beynəlxalq aləmdə təsdiqlədi”

Məlum olduğu kimi, “Amnesty International” Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Bu barədə təşkilatın yaydığı açıqlamada bildirilib. “Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketləri atılıb və bu, xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, ən azı 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb”. Açıqlamada qeyd olunub ki, “Amnesty …

Read More »

Uğurlu müharibə Azərbaycan diasporunun Prezidentlə həmrəylik hərəkatına yeni təkan verdi

“Rusiyadakı diaspor fəallarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərir”Rusiyadakı soydaşlarımızın bu ovqatı ilə bağlı həmin ölkənin Kirov şəhərindəki Azərbaycan diasporunun lideri, “Birlik” cəmiyyətinin sədri Osman Alıyevin fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün nəinki Rusiyadakı, eləcə də bütün dünyadakı soydaşlarımızın ürəyi Azərbaycanla vurur: “ Azərbaycanda hazırda tariximizin ən şərəfli səhifəsi yazılır. Biz itirilmiş torpaqlarımızı geri qaytarmaqla yanaşı, …

Read More »

İzmirdə güclü zəlzələ olub

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib. Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

Read More »