Bazar , 4 Oktyabr 2026
Drone Cameras

PKK lideri təşvişdə: Türklər bizi məhv edəcək!

Türkiyə Silahlı Qüvvələri PKK-nı tamamilə məhv etməyə çalışacaq.

Boyukmillet.com xəbər verir ki, bunu PKK terror təşkilatının lideri Murad Qarailan deyib.

Türkiyənin Haftanində yol tikinti işlərini aparmasından narahat olan Qarailan bunun PKK üçün heç də yaxşı nəticələnməyəcəyini bildirib:

“Haftanindəki bütün yüksəklikləri tutublar və buraya yol çəkirlər. Uludərə bölgəsindən gələn yolu bütün yüksəkliklərə birləşdirirlər. Bir sözlə, helikopterlə edilən tədarükü quru yolu ilə təmin edəcəklər. Türkiyə ordusunun bölgədən çıxmaq niyyəti yoxdur. PKK-nı tamamilə məhv etmək üçün davamlı və qətiyyətli addımların atıldığını müşahidə edirik”. 

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …