Şənbə , 27 Aprel 2024
Drone Cameras

Uğurlu müharibə Azərbaycan diasporunun Prezidentlə həmrəylik hərəkatına yeni təkan verdi

“Rusiyadakı diaspor fəallarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərir”
Rusiyadakı soydaşlarımızın bu ovqatı ilə bağlı həmin ölkənin Kirov şəhərindəki Azərbaycan diasporunun lideri, “Birlik” cəmiyyətinin sədri Osman Alıyevin fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün nəinki Rusiyadakı, eləcə də bütün dünyadakı soydaşlarımızın ürəyi Azərbaycanla vurur: “ Azərbaycanda hazırda tariximizin ən şərəfli səhifəsi yazılır. Biz itirilmiş torpaqlarımızı geri qaytarmaqla yanaşı, həm də milli kimliyimizi subut edirik. Azərbaycandan kənarda ermənilər müharibədə qazandıqları müvvəqti uğura görə başlarını dik tutub gəzirdilər. Elə bilirdilər ki, əbədiyən qalib olacaqlar. Amma tərsini gördülər. Prezidentimiz müsahibələrinin birində dedi ki, biz müharibəni yox, döyüşü uduzmuşduq. Bəli, bu gün döyüş meydanında subut olunur ki, bizə qalib gəlmək asan məsələ deyil. Prezidentə gələn dəstək məktubları Rusiyadan ifadə olunan məhəbbətin çox cüzi bir hissəsidir. Çünki milyonlarla insanın hissələrini yalnız məktublar vasitəsilə çatdırmaq olmur. Biz Rusiyada yaşayan azərbaycanlılar bütün varlığımızla cənab Prezidentin arxasındayıq. Hətta lazım gələrsə, əlimizə silah götürüb torpaqlarımızın azadlığı üçün döyüşməyə də hazırıq. Əminik ki, Ali Baş Komandanımız başladığı bu işi qələbə ilə sona çatdıracaq. Biz haqq yolundayıq. Öz mənliyimizin, ləyaqətimizin qorunması üçün müharibə edirik. Ermənilərin apardığı müharibə isə çox iyrəncdir. Rusiyadakı diaspor fəallarımız həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərir. Eyni zamanda, Ordumuza əlimizdən gələn maddi və mənəvi dəstək veririk. Ermənistanın dinc əhalini qətlə yetirməsilə bağlı materialları da Rusiya ictimaiyyətinə tam təfsilatı ilə çatdırırıq”.

Müsahibiz bildirdi ki, verilən dəstəyin daha da artırılması istiqamətində ciddi işlər görürlər.

Məhəmmədəli QƏRİBLİ

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …