Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Bakıda səfirlik avtomobilindən özbaşınalıq

Bakıda Bolqarıstan səfirliyinə məxsus avtomobil dəfələrlə qayda pozuntusuna yol verib. Boyukmillet.com xəbər verir ki, qısa müddət ərzində bir neçə dəfə təhlükəli manevr edərək, yol-hərəkəti qaydalarını pozan 031 D 001 seriyalı qırmızı dövlət nömrə nişanlı diplomatik korpusa məxsus avtomobil təhlükəli vəziyyətlərə səbəb olub. Görüntülərdən də aydın olduğu kimi, avtomobil işıqforun qadağanedici qırmızı işığında hərəkət edir, daha sonra isə hərəkətin qadağan olunduğu yola əks istiqamətlə …

Read More »

Ermənilər Ağdamı atəşə tutub, top evə düşüb

Ermənistan silahlı qüvvələri yenidən Ağdam rayon ərazisini artilleriya atəşinə tutub. Düşmən növbəti dəfə dinc sakinləri hədəfə alaraq top mərmiləri atıb. Mərmilərdən biri rayonun Əhmədağalı kəndi sakini Vəfa İsmayıl oğlu İsgəndərova məxsus yaşayış evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xırdabuynuzlu heyvanlar və ev quşları tələf olub.

Read More »

Cenevrə görüşü mətbuata qapalı olacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb. Mənbə həmçinin bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyini vurğulayıb. Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi …

Read More »

Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün separatçı rejimin “rəhbəri” Araik Arutyunyan öz ordusuna yalvarıb. O, yaydığı videomüraciətdə qeyd edib ki, Azərbaycan ordusu Şuşa şəhərinin lap yaxınlığındadır. Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb. …

Read More »

Prezidentin fərmanı – Qarabağda başlayan quruculuq işləri

Azərbaycan dövləti torpaqları işğaldan azad edir. Azərbaycan əsgərinin ayağı dəyən torpaqların sakinləri də yaxın zamanda öz yurd-yuvalarına qayıdacaq. Ərazilərdə Azərbaycan hakimiyyəti də bərpa olunur. Bu məqsədlə Prezident İlham Əliyev oktyabrın 29-da fərman verib. Həmin sənədlər barədə qısa məlumatı diqqətiniz çatdırırıq. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana əsasən, inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon …

Read More »

Ərdoğandan Putinə KRİTİK QARABAĞ TƏKLİFİ: Rusiya ilə birgə… – GİZLİ DETALLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməkdənsə, Türkiyə və Rusiyanın quracağı masada həll etməyi təklif edib. Bu barədə “CNN Türk”Ərdoğanla Putin arasında 2 gün öncə baş tutan telefon danışığının məzmunundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti təklifə müsbət yanaşıb. Lakin hələ dəqiq addımlar yoxdur. Qeyd …

Read More »

Düşmənin itkiləri 10 minə yaxınlaşır… – Cəbhə erməni leşi ilə doludur

Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibədə sensasion bir məsələni də dünyanın diqqətinə çatdırıb. Ölkə başçısı Ermənistanın döyüş meydanlarındakı meyitlərinə sahib çıxmadıqlarını bildirib.  Sitat: “Çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil …

Read More »

Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dəfə Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında yeni inşa olunmuş 22 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə …

Read More »

Pandemiyanın daha tez başa çatacağı ölkə açıqlanıb

İsveç koronavirus pandemiyasına son qoymaq üçün lazım olan 60-70%-lik immunitet “təbəqəsinə” çatan ilk ölkə ola bilər. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib. “Hər kəsin nümunə gətirdiyi İsveçi qeyd edərdim. Əla mənzərədir: virus sərbəst buraxılıb. Bu, epidemiyanın özü dayanan zaman immunitet “təbəqəsinə” tez çatmaq üçün yaxşı prinsipdir. Onlar yavaşlamamağa, tam sürətlə getməyə …

Read More »

Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

Ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabinetinin təhsilin təşkilinə dair Qərarı imzalanıb. Boyukmillet.com xəbər verir ki, qərarda deyilir: 1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin. 2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş …

Read More »