Cümə , 29 Mart 2024
Drone Cameras

Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün separatçı rejimin “rəhbəri” Araik Arutyunyan öz ordusuna yalvarıb.

O, yaydığı videomüraciətdə qeyd edib ki, Azərbaycan ordusu Şuşa şəhərinin lap yaxınlığındadır.

Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.

Bu fotolar isə onu göstərir ki, erməni kişilər Qarabağ döyüşlərində müzəffər Azərbaycan ordusunun qarşısına çıxmağa qorxur.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …