Azərbaycan Müdafiə Nazirliyi gecə və gündüz artilleriya atışlarının videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Yearly Archives: 2020
Gəncə terroru ilə bağlı daha bir videoçarx hazırlanıb
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “MZ” Production tərəfindən yeni videoçarx hazırlanıb. Boyukmillet.com xəbər verir ki, videonun hazırlanmasında məqsəd Gəncədə baş verən erməni terrorunu əsaslı şəkildə dünyaya çatdırmaqdır. Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi bu terroru xarici vətəndaşların izləməsi üçün rolik ingilis dilində hazırlanıb.
Read More »Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib
Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib. Boyukmillet.com-un xəbərinə görə bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. …
Read More »Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib
Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və …
Read More »Mehriban Əliyeva xalqı təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi …
Read More »Samir Adıgözəlli: “Döyüşlərdə PKK-çı və başqa terrorçulardan istifadə edən ölkə diplomatik müstəvidə də faşistlərə güvənir”
Azərbaycan və Ermənistan arasında müharibənin getdiyi bir vaxtda işğalçı dövlət xaricdəki erməni lobbisinin maliyyəsi hesabına ötən həftəsonu Almaniyadan bir qrup deputatı qanunsuz yolla Xankəndiyə gətirərək, bu yolla öz aləmlərində qondarma “Dağlıq Qarabağ Respublikası”nı legitimləşdirmək yolunda addım atdıqlarını fərz edirlər. Almaniya parlamentində nasistləri təmsil edən “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü – Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal …
Read More »Rusiyadan kimlərin hansı yolla Ermənistana silah daşıdığı tam aydındır, aydın olmayan Rusiyanın rəsmi mövqeyidir – Prezidentin dəmir məntiqi…
Arzuxan Əlizadə: “Rusiya özünü hüquqi dövlət hesab edirsə, o zaman dərhal bütün bunlarla bağlı ölçü götürməlidir” “Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”. Bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib. Sözügedən məsələ ilə bağlı dövlət başçısı qeyd edib ki, bizdə bu barədə məlumatlar var: “Uçuşların xəritələri …
Read More »Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ
Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyevin “Demokrat.az” xəbər portalına müsahibəsi: — Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda apardığı müharibəyə Ukrayna dövləti də açıq dəstək verdi. Bu dəstəyin əhəmiyyətini necə qiymətləndirirsiniz? — Əvvəla, onu deyim ki, indiyədək Ukraynadan Azərbaycana bu səviyyədə siyasi və geosiyasi dəstək olmayıb. Apardığımız Vətən …
Read More »Zəngilana Azərbaycan bayrağı sancıldı
Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər. Boyukmillet.com xəbər verir ki,məruzədə deyilib: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
Read More »İlham Əliyev Xocavəndin isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin adını dəyişdirib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı xalqa müraciətində Vəng kəndinə yeni Azərbaycan adı verdiyini bildirib: “Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar