Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir. İnanıram ki, …
Read More »Yearly Archives: 2020
Çində silahlı şəxsin hücumu zamanı 7 nəfər həlak olub, yaralılar var
Çinin şimalındakı Lyaonin əyalətində silahlı hücum zamanı 7 nəfər öldürülüb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb. Qeyd edilir ki, hadisə Kayuan şəhərində, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 4:00) qeydə alınıb. Bıçaqla silahlanmış naməlum kişinin hücumu nəticəsində daha 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi yaxalayıblar və onun kimliyini müəyyənləşdiriblər. …
Read More »İran ABŞ-ı vaksinlərin alınmasında maneələr yaratmaqda ittiham edib
İran prezidenti Həsən Ruhani ABŞ-ı Tehrana koronavirusa qarşı peyvəndlərin alınmasında maneələr yaratmasına görə tənqid edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İRNA agentliyi bildirib. “ABŞ bizə vaksinlər, dərmanlar və ərzaq, həmçinin xaricdən almaq istədiyimiz başqa malların idxalında problemlər yaradır”, – o bildirib. Ruhani həmçinin əlavə edib ki, “amerikalılar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qorxudub”. “Sizə necə etibar etmək olar? Siz oğurluqla …
Read More »Avropa ölkələrində koronavirus əleyhinə kütləvi peyvənd başlandı
Epidemioloji vəziyyətin pisləşməsinə görə gücləndirilmiş məhdudiyyətlər fonunda bu gündən Avropa ölkələrində “Pfizer”/”BioNTech” şirkətlərinin birinci bəyənilmiş vaksini ilə koronavirusa qarşı kütləvi peyvəndə başlanılır. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. Avropa Komissiyası vaksinləmənin 27-29 dekabrda başlaya biləcəyini nəzərdə tuturdu. Bu halda prosesin başlanğıc tarixi haqqında qərarları birlik ölkələrinin özləri qəbul edir. Bildirilirdi ki, bir çox dövlətlər peyvəndlərə başlamağı bu bazar …
Read More »Kanadada koronavirusun ən təhlükəli növü aşkarlandı
Kanadanın Ontario əyalətində koronavirusun yeni formasına yoluxma aşkar edilib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə region hökumətinin bəyanatında deyilir. Virusa yoluxan cütlüklər Daremdə yaşayır. Bu insanların son zamanlar hər hansı əraziyə səyahətlər etmədikləri məlumdur. İndi onlar özünü təcridetmədədir. Dekabrın 14-də Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb. Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada …
Read More »Erməni əslirliyindən xilas edilən gizir bu gün ailəsinə qovuşdu
Vətən müharibəsi zamanı əsir götürülənlərdən biri də Azərbaycan Ordusunun giziri, Yevlax şəhər sakini Baxşəliyev Emin Zahir oğlu idi. Boyukmillet.com xəbər verir ki, noyabrın 10-da imzalanan Qarabağ bəyanatına uyğun olaraq əsirlərin qarşılıqlı dəyişdirilməsi razılığı əsasında Azərbaycana təhvil verilən Emin Baxşəlıyev artıq bu gün ailəsi ilə görüşüb. Qeyd edək ki, Emin Baxşəliyev Ağdərə istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. O, hərbi əməliyyatlar zamanı …
Read More »Koronavirusu bu şüalarla məhv edək – Həkim
Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVİD-19 xəstələri olan evlərdə, COVİD-19 xəstəxanalarında ultrabənövşəyi şüalar saçan lampalar quraşdırılsa, yaxşı olar. Çünki ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir. Boyukmillet.com xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, sözügedən lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə …
Read More »Korona nə vaxt bitəcək? – Türk alim açıqladı
2021-ci ilin qış aylarında vəziyyət stabilləşəcək. Boyukmillet.com xəbər verir ki, bunu türk alim, “Pfizer-Biontech” peyvəndini hazırlayan Uğur Şahin Çin mətbuatına açıqlamasında deyib. “Bu qış çətin keçəcək. Əsasən yaşlı insanlara və tibb işçilərinə vaksin vurulmalıdır. Müxtəlif şirkətlərin hazırladığı peyvəndlər mövcuddur. Qarşıdakı yay aylarının sonuna yaxın peyvənd sahəsində böyük irəliləyişlərin olacağını ümid edirik. Ümumilikdə 2021-ci ilin qış aylarında vəziyyət stabilləşəcək”.
Read More »Düz 28 il sonra anasının qəbrini ziyarət etdi – Hər kəsi kövrəldən görüntü – VİDEO
Düz 28 il sonra Cəbrayıla, Dağ Tumas kəndinə gedib 28 yaşında dünyasını dəyişən anasının qəbrini ziyarət etdi. İllər sonra anasının məzarını görən, qardan təmizləyərək, ona sığal çəkən Xəyyam Məmmədov keçirdiyi hissləri, düşüncələrini xəzər xəbərlə bölüşüb. İllər sonra Cəbrayılın Dağ Tumas kəndinə getdi Xəyyam. Dünyadan vaxtsız köçən anasının qəbrini tapıb, 28 illik həsrətinə son qoydu. Anasının ağ örpəyə bürünən məzarını əlləri …
Read More »Komitə sədri tənqid edildi: “Kabab qonaqlığı vermək, şəkərbura-paxlava paylamaq…”
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sərt tənqid edilib.Boyukmillet.com-un xəbərinə görə, F.Muradov sosial şəbəkədəki hesabında Azərbaycan diasporunun xüsusi fəallıq göstərdiyini yazıb. F.Muradov bildirib ki, Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar