Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Kanadada koronavirusun ən təhlükəli növü aşkarlandı

Kanadanın Ontario əyalətində koronavirusun yeni formasına yoluxma aşkar edilib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə region hökumətinin bəyanatında deyilir.

Virusa yoluxan cütlüklər Daremdə yaşayır. Bu insanların son zamanlar hər hansı əraziyə səyahətlər etmədikləri məlumdur. İndi onlar özünü təcridetmədədir.

Dekabrın 14-də Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.

Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada da koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Fransa rəsmiləri də ölkədə koronavirusun yeni ştammının olduğunu istisna etməyiblər.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …