Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Hikmət Hacıyev: “Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. “Diplomatik korpus və hərbi attaşelerlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, – H.Hacıyev …

Read More »

Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib

“Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub”. Bu barədə “Report”a “Azərenerji” ASC-dən məlumat verilib. Bildirilir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” …

Read More »

Türkiyənin Müdafiə naziri Füzulinin azad olunması münasibətilə Azərbaycan ordusunu təbrik etdi

“Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib. “Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq …

Read More »

Fransanın ictimai xadimləri hökuməti Qarabağ münaqişəsində bitərəfliyə çağırıblar

Fransa parlamentinin üzvləri və ictimai xadimləri ölkə prezidentinə, hökumətə müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, parlament üzvləri və ictimai xadimləri hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf mövqe tutmağa çağırıblar. Müraciətdə bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsində ədalətli və davamlı sülhün yaradılmasına çalışmalıdır. “Son iki həftədir, 1990-cı illərin əvvəllərindən bəri işğal altındakı Dağlıq Qarabağ və qonşu rayonlarda Azərbaycan və Ermənistan silahlı …

Read More »

Ərdoğan Kanadanın baş naziri ilə erməni təcavüzü barədə danışıb

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir. Qeyd edilir ki, danışıqlar zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan xatırladıb ki, Dağlıq Qarabağın demək olar, 30 il ərzində Ermənistanın işğalının altında olması Ermənistan-Azərbaycan münaqişəsinin səbəbidir. Türkiyə lideri …

Read More »

FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, …

Read More »

İqor Korotçenko: “Ermənistan çox təhlükəli oyun oynayır”

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanın Gəncəyə son hücumunu pisləyib. Boyukmillet.com xəbər verir ki, hərbi ekspert Ermənistan ərazisindən Gəncənin raket hüçumuna məruz qalmasını şərh edərkən özünün “Telegram” kanalındakı hesabında bu sözləri yazıb: “Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan?”. “Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir hərbi məqsədəuyğunluluq yoxdur. Ermənistan çox təhlükəli oyun oynayır. …

Read More »

Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

“Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir”. Bu barədə “Report”a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib. “Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının …

Read More »

Müdafiə Nazirliyi: “Ermənistan növbəti dəfə yalan xəbər yayıb”

“Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədi güdür”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması …

Read More »

Hikmət Hacıyev: “Gəncəyə atılan SCUD/Elbrus taktiki ballistik raketlərdir”

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu zərbə təsir zonasından tapılan mərmilər sübut edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb. “SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirir”, – deyə o …

Read More »