Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Erməni tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb

“Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  “Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.Məlumatlara görə, “dəqiq” zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb”, nazirlikdən bildirilib. 

Read More »

Azərbaycanda daha 182 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Read More »

Ermənistanın mülki əhaliyə vurduğu ziyanla bağlı növbəti rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş fəsadlarla bağlı həyata keçirdiyi əməliyyatlara dair məlumat yayıb. FHN-dən daxil olan məlumatda deyilir: “Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək  Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini – döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları …

Read More »

Çikaqodakı soydaşlarımız Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edirlər

Çikaqo şəhərində fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi qəsbkar Ermənistanın ölkəmizə qarşı son hücumlarını sərt şəkildə pisləyib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin prezidenti Fərid Məmmədovun imzası ilə yayılmış bəyanatda bildirilib ki, dünyanın qorxunc koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Tovuz rayonunda və 27 sentyabr tarixində isə bütün …

Read More »

Ermənistanda hərbi geyimlərlə bağlı daha bir problem

Ermənistanda müharibəyə görə hərbi geyimlərin qiymətində böyük artım müşahidə edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommandos” hərbi klubunun üzvü Voskan Marqaryan öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, daha öncə 16 000 drama başa gələn isti gödəkcəni indi 25 000 drama satırlar. V.Marqaryan qeyd edib ki, hərbi geyim satışı ilə məşğul olanların 80 %-i müharibə hesabına böyük gəlirlər qazanmağa başlayıblar. Qeyd edək ki, oktyabrın 5-də Ermənistanın …

Read More »

“Naxçıvan teatrında rejissor sənəti”nə dair monoqrafiya çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyası çapdan çıxıb. Beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir. Nəşrdə Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları arxiv sənədləri, dövrü mətbuat materialları əsasında müxtəlif …

Read More »

Qərbi Azərbaycan qaçqınları bəyanat yaydı

Qərbi  Azərbaycan qaçqınları  Zəngəzura – Meğri, Qafan, Qarakilsə və  Gorus rayonlarına qayıtmalarını tələb edirlər Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması bəyanat yayıb. Boyukmillet.com  həmin bəyanatı təqdim edir: Ermənistan slahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatları davam edir. Düşmən qüvvələri rəşadətli Azərbaycan ordusu tərəfindən darmadağın olunaraq, işğal altında olan ərazilərimiz azad edilir. Artıq heç …

Read More »

Ermənilərin təxribatı nəticəsində daha bir mülki şəxs həlak olub

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluqdan verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Nəticədə rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci …

Read More »