Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 469, bu günə …
Read More »Yearly Archives: 2020
İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Boyukmillet.com xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlət başçısı görüşdə çıxış edib. – Allah şəfa …
Read More »Prezident: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir”
“Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi …
Read More »Təhsil naziri: “Ermənilər 9 məktəbə ciddi ziyan vurub”
“Son günlər ərzində ermənilərin təcavüzkar siyasi nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ağır artilleriyadan atılan atəşlər nəticəsində 9 məktəbə ciddi ziyan dəyib: “İki şagirdimiz həlak olub, bir müəllimimiz yaralanıb. Biz nikbinik və …
Read More »İlham Əliyev: “Biz öz torpağımızda vuruşuruq”
Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi …
Read More »Azərbaycan Prezidenti: “Biz istədiyimizə nail olacağıq”
“Haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan hərbçilərlə görüşü zamanı söyləyib. “Bizim işimiz haqq işidir. Biz öz torpaqlarımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Əminəm ki, biz bu münaqişədə istədiyimizə nail olacağıq”.
Read More »“Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!
Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, “BirBank” mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 …
Read More »Bakıda gənclər əhaliyə bayraq payladı
Gənclər və İdman Nazirliyi ilə AFFA bayraq aksiyası təşkil edib. Boyukmillet.com-un məlumatına görə, gənclər paytaxtın 3 fərqli hissəsində bayraqlar paylayıblar. Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova jurnalistlərə açıqlamasında aksiyanın “Biz birlikdə güclüyük” adlandığını bildirib: “Gənclər Azərbaycan vətəndaşlarına, əhaliyə bayraq paylayırlar. Hamıya bəllidir ki, gərgin döyüşlər gedir. Bayraqların eyvanlardan asılması, maşınlarda çox olması xalqımızın birliyidir, bayrağa və vətənə olan sevginin rəmzidir. Gənclər şəhərin 3 nöqtəsində, dayanacaqlarda …
Read More »Ermənilərin yaydığı saxta məlumatların daha bir qismi ifşa edildi
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğalçı Ermənistan tərəfindən informasiya məkanında saxta məlumatların yayılması prosesi davam edir. Boyukmillet.com xəbər verir ki, təxribat xarakterli saxta məlumatlar müxtəlif sosial şəbəkə səhifələrində və saytlar üzərindən yayılır. Ermənistan hökuməti tərəfindən məqsədyönlü şəkildə yayılan saxta məlumatlar vasitəsilə məqsəd qorxu və təşvişə düşən erməni əhalisinin diqqətini yanlış informasiyalarla əsl həqiqətdən yayındırmaqdan ibarətdir. Həmin saxta məlumatların …
Read More »Azərbaycanda övladlığa götürülən uşağa müavinət veriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qanuna əlavə edilən yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşir. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar