Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı müvəqqəti olaraq məhdud iş rejiminə keçir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar AZAL-ın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-na qədər (həmin gün daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb. Eyni zamanda, aviaşirkətin oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın …
Read More »Yearly Archives: 2020
Hikmət Hacıyev: “Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır”
“Azərbaycan Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə bir neçə müddət əvvəl hərbi toplanış həyata keçirilib: “Həmişə olduğu kimi, Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır. Bu, Ermənistanın xislətini açıq şəkildə ortaya qoyur. Bu gün səhərdən də Tərtər rayonunu atəşə …
Read More »Müdafiə Nazirliyi: Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir
“Ermənistan tərəfinin məhv edilmiş canlı qüvvəsi arasında Suriyada və Livandan gətirilmiş muzdlular olduğunu aşkar etmişik”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O qeyd edib ki, Ermənistan tərəfi bu məlumatları ictimaiyyətdən gizlədir.
Read More »Prezidentin köməkçisi: “Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir”
“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: “Ermənistan tərəfindən cılız və tamamailə reallıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan …
Read More »Bu gündən ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb. “Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə açıqlamada qeyd olunub. Xatırladaq ki, …
Read More »Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb
Çin hökuməti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib. “Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaqlar və qarşıdurmanın …
Read More »Müdafiə Nazirliyinin rəsmisindən açıqlama
“Əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks hücum əməliyyatı davam etdirrilir”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, artıq Talış kəndi ətrafında bir neçə yükəsklik işğalçı qüvvələrdən təmzilənib: «Həmişə olduğu kimi Ermənistan itkilərinin sayını gizlədir. Düşmənin 24 ədəd tank və zirehli texnikası, 18 PUA, 8 artileriya quğusu məhv edilib. Düşmənin …
Read More »XİN: Ermənistan mülki insanlara qarşı terror vasitələrindən istifadə edir
“Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlamasında bildirilib. “Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı …
Read More »Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir
Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə ağır xəstələrin qəbulunu dayandırıb. Bu barədə Boyukmillet.com respublikanın Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir. Qeyd edilir ki, müvafiq əmri “Hərbi vəziyyətin hüquqi rejimi Haqqında” qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb. Xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcəklər. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar. Qeyd edək …
Read More »Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir
Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını sərrast atəşlə məhv etməyə davam edir. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar