Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Boyukmillet.com Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir: “Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir …
Read More »Yearly Archives: 2020
Katib: “İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər”
“Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər kəsdə təəccüb doğurur”. Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib. O bildirib ki, Milli Məclisin İntizam komissiyasında Qüdrət Həsənquliyevin məsələsinə baxıla bilər: “Bununla bağlı komissiya üzvləri öz aramızda məsləhətləşmə apararaq məsələyə baxa bilərik”. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident …
Read More »Məktəblərdə yoluxma halları artarsa dərslər dayandırıla bilərmi?
Təhsil Nazirliyinin açıqladığı statistikaya görə, yeni dərs ili başlayandan bu günədək 105 şagird və məktəblərdə işləyən 33 nəfərdə koronavirus aşkarlanıb. Eyni zamanda yoluxma səbəbindən Quba rayonunun Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Bu günədək distant təhsilə keçən siniflərin sayı isə 6-dır. Bəs yoluxma artarsa, məktəblər yenidən bağlana bilərmi? Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin …
Read More »Prezident İlham Əliyev: “Balaxanı kəndinin yeni dövrü başlayır”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Boyukmilet.com Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir: “Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı …
Read More »Prezidentin köməkçisi: “Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır”
Boyukmillet.com Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibəni təqdim edir. – Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz? – Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan …
Read More »“WhatsApp”da yeni funksiya
Qlobal mesajlaşma xidməti olan “WhatsApp”da müvəqqəti mesajlar göndərməyə imkan verən yeni “Expiring Media” funksiyası işə salınıb. Boyukmillet.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Yenilik sayəsində göndərilən şəkillər, videolar və yaxud animasiyalar “alıcı” tərəfindən açıldıqdan və o, çatı tərk etdikdən sonra dərhal yox olacaq. İstifadəçilərin qarışıq salmaması üçün yoxa çıxan mesajlar adilərindən qrafik olaraq fərqlənəcək. Funksiya artıq “Android” smartfonlar üçün mobil tətbiqin …
Read More »Bu il Azərbaycan Türkiyədən 10 milyon dollarlıq avtobus alıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 10 milyon ABŞ dolları dəyərində avtobus idxal edib. Boyukmillet.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə “Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi” (OIB) məlumat yayıb. Məlumata görə, 8 ay ərzində Türkiyədən Fransaya 154,8 milyon dollar, Almaniyaya 147,1 milyon dollar, İtaliyaya isə 89,6 milyon dolları dəyərində avtobus ixracı həyata keçirilib.
Read More »Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları fermerlərə xidmətə başlayır
Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları sentyabrın 28-dən etibarən bölgələrdə fermerlərə xidmətə başlayır. Boyukmillet.com xəbər verir ki bu Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, mikroavtobuslar vasitəsilə səyyar xidmət Masallı, Xaçmaz, Şəki, Kürdəmir, Şəmkir və Bərdə rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan fermerlər ərazi üzrə səyyar xidmət təşkil olunacaq kəndlərin siyahısını və xidmət qrafikini Dövlət Aqrar İnkişaf Mərkəzlərindən və Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı …
Read More »MM Sədri: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”
“Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib. O bildirib ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır: “Hesab edirik ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək məqsədi ilə oradan …
Read More »Müdafiə Nazirliyi deputata cavab verdi: “Fikirləri hərbi qanunlara ziddir”
Müdafiə Nazirliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir” fikirlərinə münasibət bildirib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin açıqlamasında qeyd olunub ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir. “Azərbaycanın mülki əhalisinə – qadınlara, uşaqlara və ahıllara qarşı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar