Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“WhatsApp”da yeni funksiya

Qlobal mesajlaşma xidməti olan “WhatsApp”da müvəqqəti mesajlar göndərməyə imkan verən yeni “Expiring Media” funksiyası işə salınıb. 

Boyukmillet.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Yenilik sayəsində göndərilən şəkillər, videolar və yaxud animasiyalar “alıcı” tərəfindən açıldıqdan və o, çatı tərk etdikdən sonra dərhal yox olacaq.

İstifadəçilərin qarışıq salmaması üçün yoxa çıxan mesajlar adilərindən qrafik olaraq fərqlənəcək.

Funksiya artıq “Android” smartfonlar üçün mobil tətbiqin “Beta” versiyasında mövcuddur, bir müddət sonra əsas yenilənmədə də olacaq.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …