Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

“Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək”

“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”.  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.

Read More »

Kürdəmirdə 24 yaşlı piyadanı avtomobil vurdu

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “VAZ 21011” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən rayon sakini 24 yaşlı Süleymanova Gülşən Sərhəd qızını vurub. Yaralı müxtəlif növ bədən xəsarəti alaraq  Kürdəmir rayon Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Cəlilabadda meşədə yanğın oldu

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.  Boyukmillet.com-un məlumatına görə, yanğın hadisəsi rayonun Fətullaqışlaq kəndi yaxınlığında yerləşən meşə ərazisində qeydə alınıb. Yanğın nəticəsində 0,3 hektar sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.  Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilməklə söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakı sakini Füzulidə ağır qəza törətdi

Füzulidə iki navtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.  Qəza nəticəsində Bakı sakini 1983-cü il təvəllüdlü Quliyev Cəlil Miri oğlu xəsarət alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb.  Müayinə zamanı ona qapalı kəllə-beyin və boyunun küt travması diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Türkiyə Aralıq dənizi üzərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus altı F-16 qırıcısını ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Avqustun 27-də Yunanıstana məxsus altı F-16 təyyarəsi Kritdən Kipr Respublikasına doğru yola çıxaraq, Türkiyənin beynəlxalq NAVTEX bildiriş verdiyi bölgəyə yaxınlaşıb. F-16 qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını aldı və bölgəni tərk etməyə məcbur etdi” – deyə məlumatda bildirilir. …

Read More »

Erməni hərbçiləri daşıyan alman təyyarəsinə Türkiyədən qadağa

Türkiyə Almaniya Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçuşuna icazə verməyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Almaniyanın Federal Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunur ki, iyulun sonunda Kölndən İrəvana uçmalı olan təyyarənin Türkiyə üzərindən keçməsinə razılıq verilməyib. Məlumatda qeyd olunur ki, təyyarə erməni əsgərlərini Almaniyaya hərbi təlimlərə aparmaq məqsədi daşıyıb. “Spiegel” Türkiyənin imtina ilə bağlı heç bir səbəb göstərmədiyini yazıb. Erməni hərbçilər …

Read More »

SON DƏQİQƏ: Azərbaycanda küçənin ortasında PROFESSOR ÖLDÜRÜLDÜ

Gəncədə qətl hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan orta yaşlı kişi evdə bıçaqla qətlə yetrilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır. Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin professorudur.

Read More »

Murad Dadaşov onları “Xəzər”dən kənarlaşdırdı

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub. Boyukmillet.com xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib. Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək. Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq. “Xəzər”in efirindən qaldırılan …

Read More »

Tarixdə bu gün: Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz …

Read More »