AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxana fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, MEK-də akademiklərin fondu yaradılır. Akademik fondlar dedikdə görkəmli akademiklərin MEK-ə hədiyyə etdiyi və edəcəyi şəxsi sənəd kolleksiyaları nəzərdə tutulur. Hazırda kitabxanada …
Read More »Yearly Archives: 2020
Mərhum generalın oğluna yüksək vəzifə verilməsi məsələsinə aydınlıq gətirilib
Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Baş Prokurorluğun Mətbuat Xidmətindən Open.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır. Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək …
Read More »Beyrutda partlayış anı keşiş kilsədə duanı yarımçıq kəsib qaçdı – VİDEO
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni videosu yayılıb. Kadrlar Beyrut kilsələrinin birində qeydə alınıb. Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb. https://www.youtube.com/watch?v=bVZvmzOdJNw&feature=emb_logo
Read More »Samir Şərifov: “Koronavirus böhran yönümlü təhlükələrin yaranmasına səbəb olub”
“Koronavirus pandemiyası böhran yönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak səbəbinin azalmasıdır”. Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib. Bununla belə, onun sözlərinə görə, bu ilin 6 ayının yekununda Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub: “Büdcədə 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib, icra …
Read More »General Polad Həşimov haqqında kitab nəşr olundu – Pulsuz paylanacaq
General Polad Həşimov haqqında kitab çap olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb. O bildirib ki, “Qanun” nəşriyyatı tərəfindən çap olunan “Polad Generalımız” adlı kitabı sabahdan nəşriyyatdan əldə etmək olar: “Kitabı 2000 ədəd tam rəngli nəşr etdik, pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin”.
Read More »Livandakı partlayışda 3 erməni ölüb, 100-ü isə yaralanıb
Livanın paytaxtı Beyrutdakı limanda baş verən güclü partlayış nəticəsində 3 erməni ölüb, 100-ü isə yaralanıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” səhifəsində bildirib. “Bu rəqəmlər arta bilər, çünki xeyli sayda itkin düşmüş insanlar var”, – o vurğulayıb.
Read More »Rayona getmək üçün icazələr belə alınacaq
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Nəzərdə tutulan müddətdə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına …
Read More »Sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var
Son vaxtlar sosial şəbəkələrdə şər-böhtan, təhqir, terrorizmə çağırış halları geniş vüsət alıb. Anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş xəyanətkarların sayı getdikcə artmaqdadır. Saxta profillərlə insanların ləyaqətinin alçaldılmasını, sərhədboyu ərazilərdə törədilən təxribatlarla bağlı dezinformasiyaların yayılmasını, müxtəlif şəxslərə böhtan atmağı özlərinə peşə seçənlər sanki unudurlar ki, bu xəyanətkar əməlləri ilə xalqımızın, millətimizin adına ləkə vururlar. Təəssüf ki, bu çirkin əməllərin qarşısının alınması üçün …
Read More »Ərdoğan Livan prezidentinə başsağlığı verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Mişel Auna telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata əsasən, Türkiyə prezidenti livanlı həmkarına ötən gün Beyrutda baş güclü partlayış nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədar başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib. T.Ərdoğan telefon danışığı zamanı həmçinin Ankaranın Livana faciənin nəticələrinin …
Read More »Azərbaycanda karantin rejimi qismən yumşaldıldı
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Operativ Qərargahdan Open.az-a verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar