Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

ATƏT-in Minsk qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb – Hikmət Hacıyev

Biz imitasiya xatirinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etmək niyyətində deyilik. Boyukmillet.com xəbər verir ki, Trend-in məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb: “Minsk qrupunun bu …

Read More »

Elmar Məmmədyarov həbs edilir?

Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyatdan sonra hər kəsi düşündürən bir sual var – sabiq nazir Elmar Məmmədyarov həbs olunacaqmı? Yoxsa sabiq naziri Eldar Mahmudov kimi həbssiz istintaqa cəlb etmə gözləyir? XİN-dəki əməliyyatdan sonra irəli sürülən ittihamların mahiyyətinə baxanda belə təəssurat yaranır ki, əlaltıları Məmmədyarovun susqun razılığı  ilə bildiklərini ediblər. Ortada olduqca ciddi ittiham var və bu …

Read More »

Ermənistanın kəşfiyyat aparan iki PUA-sı məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv …

Read More »

Serbiya niyə Ermənistana silah göndərdi? – İlginc məqamlar

“Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyi artıq təsdiqlənmiş faktdır. Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov da bunu Serbiyanın müvəqqəti işlər vəkili Danitsa Veinoviçin diqqətinə çatdırıb. Bir sözlə, Serbiyanın Ermənistana silah-sursat göndərib-göndərməməsi, artıq müzakirə mövzusu deyil. Göndərib. Amma nə üçün? Buna səbəb nədir? Necə olur ki, Azərbaycanın “strateji tərəfdaşı” sayılan …

Read More »

NATO ölkəsi Ermənistanı qınadı

KANAL 5-in qonağı NATO-nun üzvü olan Şimali Makedoniya Respublikasının Xarici Sərmayə Üzrə Dövlət Naziri Elvin Həsən Ermənistan hərbiçilərinin mülki vətəndaşlara atəş açmasından sarsıldıqlarını bildirərək, hər zaman Azərbaycanın yanında olduqlarını bildirmişdir.Elvin Həsənlə müsahibəni buradan izləyə bilərsiniz:

Read More »

Tovuz təxribatı: Müşahidəçilər nəyi gözlədi? – Trofimçuk

2020-ci ilin iyul ayı 2016-cı ilin aprelindən ciddi şəkildə fərqlənir. Əvvəla, ona görə ki, keçən dəfədən fərqli olaraq, bu dəfə heç kim Ermənistan və Azərbaycan tərəflərini sakitləşdirməyə tələsmədi. Xarici müşahidəçilərə, informasiya savaşı da daxil olmaqla, müharibədə kimin daha güclü olduğunu izləmək maraqlı idi. Bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk deyib. “Atışmanın ilk saatlarında mən dedim ki, (və Azərbaycan mətbuatı …

Read More »

“Şirməmməd Hüseynov mükafatı”nı alacaq ilk şəxs – Qalibin adı açıqlandı

Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın qalibi müəyyənləşib. Bu barədə Modern.az-a PJB sədrinin müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib. “Nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq müzakirələrdən sonra qalib müəyyənləşdi. “Şirməmməd Hüseynov Mükafatı”nın ilk qalibi Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur”. E.Paşasoy bildirib ki, Şirməmməd Hüseynov ömrünün …

Read More »

Qurban bayramında qeyri-iş günləri AÇIQLANDI

Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq. Boyukmillet.com xəbər verir ki, 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və …

Read More »

Tovuz döyüşləri Türkiyəni hədəf almışdı? – Professordan diqqətçəkən açıqlamalar

Ermənistan Azərbaycan iqtisadiyyatının həyati əhəmiyyətli enerji və nəqliyyat korridorlarını hədəf alıb. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə mediasında açıqlamasında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi şöbə müdiri Cavid Vəliyev deyib. 12-14 iyulda Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı danışan professor bildirib ki, Ermənistan Türkiyəyə müxalif dövlətlərin də dəstəyini almağa çalışır. Qeyd edək ki, gərginliyin yaşandığı bölgə olan Tovuz Azərbaycan-Gürcüstan-Türkiyə korridorunun, enerji …

Read More »

Gədəbəyə istirahətə gələnlər cərimələndi

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməkliyi ilə onlara məxsus …

Read More »