Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistanın kəşfiyyat aparan iki PUA-sı məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …