Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

Naxçıvan Xüsusi Təyinatlıları qələbə paradına hazırlaşır

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Boyukmillet.com  xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Qeyd edək ki, sabah- dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid …

Read More »

Münhen Təhlükəsizlik Konfransı qeyri-müəyyən müddətə təxirə salındı

2021-ci ilin Münhen Təhlükəsizlik Konfransı qeyri-müəyyən müddətə təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, təşkilatçıların verdiyi məlumata görə, Konfrans koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Qeyd edək ki, 1963-cü ildə yaradılan Konfrans hər il dünyanın hər yerindən siyasi liderləri bir araya gətirən beynəlxalq müzakirə platformasıdır.

Read More »

Kəlbəcər rayon polis şöbəsi – FOTO

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Boyukmillet.com-un məlumatına görə, Kəlbəcərdə artıq yeni polis şöbəsinin binası da hazırdır. Xatırladaq ki, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun …

Read More »

Azərbaycanda koronavirusa 4 403 yoluxma qeydə alınıb

Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 403, yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, son sutkada 42 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər …

Read More »

Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. Boyukmillet.com  xəbər verir ki, dövlət başçısını hava limanından ölkə rəsmiləri yola salıb. Türkiyə lideri Azərbaycanda iki gün səfərdə olacaq. Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb. R.T.Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Qələbə paradında iştirak edəcək. R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də …

Read More »

Prezident: “İşğaldan azad olunan ərazilərin bərpası üçün türk şirkətləri ilə müqavilələr bağlanıb”

“Əlbəttə, biz əməkdaşlığımızı dərinləşdirmək arzusundayıq. Bilirəm ki, sizin səfərinizin gündəliyi olduqca genişdir. Biz ölkələrimiz arasında gözəl siyasi münasibətlərimizdən faydalanaraq iqtisadi əməkdaşlıq və daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətə cəlb edilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik. Buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planlarımız da daxildir. Çünki bizim yeni infrastrukturun yaradılmasına – yeni yolların, dəmir yolu xətlərinin, …

Read More »

İlham Əliyev: “Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq”

“Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi bu iki şəhərə səfər etməklə bağlı onların qərarı məni təsirləndirdi”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının …

Read More »

Ərdoğan: “Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı”

“Şanlı Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-də başlatdığı hücumun ardından işğal altındakı Qarabağ və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında deyib. “Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən …

Read More »

Azərbaycanın XİN başçısı İran prezidenti ilə görüşüb

İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

Read More »

Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub (FOTO)

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə açılış mərasimində iştirak edən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib. O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub “Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə …

Read More »