Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvan Xüsusi Təyinatlıları qələbə paradına hazırlaşır

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar.

Boyukmillet.com  xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib.

Qeyd edək ki, sabah- dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid edəcək. Naxçıvan hərbi liseyinin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …