Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2020

Baş Prokurorluq: Karantini pozanların cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. “Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir. Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan …

Read More »

Elman Rüstəmov parlamentə gəldi, mühüm məsələlər müzakirə edilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. Boyukmillet.com  xəbər verir ki, iclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev, Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Melikova, Milli Məclisin deputatları iştirak …

Read More »

Prezidentə yazırlar: “Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz”

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Boyukmillet.com  məktublardan bəzilərini təqdim edir: Samir Novruzovdan, Hyuston, Amerika: “Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Sizi Laçının qaytarılması münasibətilə təbrik edirəm. Siz Azərbaycan xalqını …

Read More »

Ceyhun Bayramovun İrana səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İrana səfərə gedib. Boyukmillet.com  xəbər verir ki, o, səfər çərçivəsində İranın Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Read More »

Dəfn mərasimində iştirak edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edərək daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, rayonun Pərvanlı kəndində yaşayan Əli Hüseynovun virusun daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak etdiyi məlum …

Read More »

Azərbaycan polisi Kəlbəcərdə postlar qurub

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi …

Read More »

Bakıda icra başçısının müavini koronavirusdan vəfat etdi

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb. İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.

Read More »

Deputatlar koronavirus testindən keçirilir

Milli Məclisin deputatları növbəti dəfə koronavirus testindən keçirilir. Boyukmillet.com xəbər verir ki, deputatların COVID-19 testinin nəticələri yaxın müddətdə açıqlanacaq. Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 11-də keçiriləcək.

Read More »

Sabah Azadlıq meydanında Qələbə paradı keçiriləcək

Sabah – dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyət parada hazırlıqlarını başa çatdırıb. Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. …

Read More »

Ovannes Koçaryan: Paşinyan Yerevan küçələrinə zirehli geyimli şəxslər yeridib

Yerevanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polis əməkdaşlarına etibarsızlığın göstəricisidir. Boyukmillet.com  “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin keçmiş rəis müavini Ovannes Koçaryan özünün feysbukdakı səhifəsində yazıb. Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasından bəhs edən keçmiş rəis müavini bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkib. “Onlara kimsə izah etsin ki, öz görüntüləri …

Read More »