Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Xarkov vilayət rəhbərliyindən fəxri konsulluğa təşəkkür

 Ukraynanın Xarkov vilayət rəhbərliyi Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanova təşəkkür məktubu ünvanlayıb. Məktubda koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının  Ukraynaya göstərdiyi tibbi ləvazimat yardımına, eləcə də fəxri konsulluq tərəfindən Xarkov vilayətinə göstərilmiş tibbi yardıma görə minnətdarlıq bildirilir. Qeyd edək ki, son bir ayda bir neçə dəfə Azərbaycanın Xarkovdakı fəxri konsulluğu tərəfindən Sumi və Xarkov vilayətlərindəki xəstəxanalara tibbi ləvazimatlar …

Read More »

ANAMA karantin dövründə 132 partlamamış hərbi sursatı zərərsizləşdirib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb. Agentlikdən verilən məlumata görə, 2020-ci ilin aprel ayı ərzində Agentliyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 18 (on …

Read More »

Dalbadal 4 başçı həbsi – Prezident doğru dedi: “daha nə etməli ki…”

İlqar Hüseynli: “Fərqli partiya üzvləri arasından seçilən insanlarla da bağlı belə təyinatları reallaşdırmaq olar” Həmin xəbərlərin gün ərzində rəsmi qurumlar tərəfindən təkzib olunmaması, hər halda, məlumatın doğruluğuna dəlalət edir. Bununla o qənaətə gəlmək olar ki, rüşvətxor, qanunsuzluqlara yol verən icra başçılarının həbsi davam edir. Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı Mahir …

Read More »

Naxçıvan Dövlət Universitetində ilk onlayn respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu” mövzusunda ilk onlayn respublika elmi konfransı keçirilib.Onlayn konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Dillər Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları da iştirak ediblər.Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tərcümə sənətinin …

Read More »

Nazirlik: Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxılıb

“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”.Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riskli olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb: “Humanizm …

Read More »

Hindistan Rusiya və Çinin anti-Amerika layihəsinə nədən qoşulmadı? – “Atlas” Araşdırmalar Mərkəzinin şərhi

Aprel ayında Hindistanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 70 ili tamam oldu. Bu iki böyük dövlət arasında münasibətlər hamar deyil. Buna baxmayaraq, əhalisinin sayına görə Çin və Hindistan dünyanın iki böyük dövlətidir və bu iki dövlət gələcəkdə dünyada daha böyük rol oynayacaqlar. Hər iki dövlət öz aralarında normal münasibətlərə çalışsalar da, mövcud problemlər də həll olunmamış qalır.  Birincisi, iki dövlət …

Read More »

Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər – SİYAHI

Mayın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılacaq. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib. Komitə iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimləri – İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Aqil Abbasov, Bəhram Məmmədli, …

Read More »

Fuad Muradov Azərbaycan dövlətinin simvollarını təhqir edən “diaspor rəhbərinə” niyə dəstək verir?

Bu gün Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyada fəaliyyət göstərən diaspor qurumlarının bir qrup rəhbəri ilə videokonfrans formatında görüş keçirib. Videokonfransla baglı İSBAM sədri Samir Adıgözəlli münasibət bildirib. O, facebook səhifəsində bunları deyib. Komitə sədrinin təmas qurduğu diaspor rəhbərləri arasında diqqətimi Samara vilayyətinindəki diasporumuzun lideri kimi özünü qələmə verən Şirvan Kərimov çəkdi. Maraqlıdır, Fuad Muradov kifayət qədər …

Read More »

“Metro-Tunel İnşaat” MMC 100 aztəminatlı ailəyə yardım etdi

Ölkə Prezidenti cənab İlham Əliyevin “Evdə qal” kampaniyası çərçivəsində “Biz birlikdə güclüyük” çağırışına qoşularaq “Metro-Tunel İnşaat” MMC-nin təsisçisi və rəhbəri Qərib Dadaşovun təşəbbüsü ilə Sumqayıt şəhərində və Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 100 ehtiyacı olan ailəyə ərzaq yardımı paylanılmışdır.

Read More »