Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Mehriban Əliyeva: “İnanıram ki, bu müqəddəs ayda Allah mərhəmətini dünyamızdan əsirgəməyəcək”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı rəsmi İnstaqram səhifəsində etdiyi paylaşımda deyilir: “Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs …

Read More »

Rus əsgərləri tərəfindən inşa olunan və vaxtilə dağıdılmasının qarşısı Ordubad ziyalıları tərəfindən alınan məbəd-FOTO

Ölkəmizdə olduğu kimi “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında da multikulturalizm ənənələri ən yüksək səviyyədə yaşadılır. Bunun ən bariz nümunəsi muxtar respublikanın Ordubad rayonunda yerləşən məbədidir. Boyukmillet.com xəbər verir ki, uzun illər baxımsız vəziyyətdə qalan bu tarixi abidənin bərpa edilməsi Naxçıvanda tarixi-memarlıq abidələrinə göstərilən qayğının, multikulturalizm ənənələrinin ən yüksək səviyyədə yaşadılmasının nəticəsidir. Ordubad hələ qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, …

Read More »

VÖEN-in olması 190 manatlıq yardım almağa əngəldir? – AÇIQLAMA

“VÖEN-in olması 190 manatlıq yardım almaq üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyəti üzrə baxılmalıdır”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, bunun yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır.  İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, bu məsələ ilə bağlı Əmək və …

Read More »

ŞOK: 49 mənzili olan şəxs 190 manat üçün müraciət edib

Qaydalar təsdiq edildikdən iki gün sonra – aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir. Boyukmillet.com-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbut xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və …

Read More »

“Bu bizik, o da onlar…” – Elməddin Behbud yazır

Elməddin Behbud Ukrayna Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət qurumlarına məktub göndərərək “erməni soyqırımı” ifadəsini işlətməmələrini tapşırıb. Məktubda xüsusi olaraq qeyd olunub ki, Ukrayna “erməni soyqırımı”nı tanımır və Osmanlı İmperiyasının erməni əhalisi ilə bağlı baş verən hadisələr BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi “soyqırım” termini tərifinə daxil edilmir. Bu rəsmi qadağaya baxmayaraq valideynlərindən biri erməni …

Read More »

İlham Əliyev neftin qiyməti haqqında: “Vətəndaşlar bunu bilsin ki…”

“Dünya bazarında neftin ucuzlaşması və büdcə gəlirlərinin aşağı düşdüyü şəraitdə Azərbaycanda büdcə xərcləri ilk növbədə ən vacib istiqamətlərdə xərclənəcək”. BOYUKMILLET.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı mərasimində çıxış edərkən bildirib. Prezident deyib ki, dünyadakı iqtisadi böhran Azarbaycana da təsirini göstərir: «Dünya iqtisadiyyatı böhran içindədir, …

Read More »

Millət Vəkili Saatlı rayonunda yaşayan Ahıska türklərinə ərzaq yardımı etdi-FOTOLAR

Prezident İlham Əliyevin çağırışı ilə bütün ölkədə koronavirus epidemiyası ilə bağlı zərər çəkmiş aztəminatlı ailələrə ərzaq yardımı davam edir. Saatlı rayonundan millət vəkili seçilən Əziz Ələkbərlinin təşəbbüsü ilə Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyəti Saatlı rayonunda məskunlaşmış aztəminatlı Ahıska türk ailələrinə ərzaq yardımı göstərib. “Respublikada karantin rejiminin tətbiq edildiyi ilk günlərdə Saatlı rayonunda yaratdığımız Müvəqqəti Operativ Qrup (MOQ) xeyli …

Read More »

Sabir Rüstəmxanlı: “Aprelin 28-də Milli Məclisin xüsusi iclası keçirilsin!”

“Biz aprel ayının 28-də Milli Məclisin xüsusi iclasını keçirib Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirilməsi faktına münasibət bildirməliyik”. Deputat, Xalq şairi Sabir Rüstəmxanlı bu təkliflə Milli Məclisin plenar iclasında çıxış etdi. Bildirdi ki, ermənilər olmayan hadisələrlə bağlı muzey düzəldiblər, ancaq Azərbaycan başına gətirilən müsibətlərə dair addımlar atmayıb. S.Rüstəmxanlı dedi ki, Xocalı soyqırımına aid abidədən başqa, üzləşdiyimiz soyqırımlara həsr olunmuş abidə yoxdur. …

Read More »

Operativ Qərargah: Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı …

Read More »