Türk Şurasının üzv ölkələrinin liderləri arasında yaxın günlərdə COVID-19 virusuna qarşı birgə tədbirlərə dair onlayn müzakirələr aparılacaq. Boyukmillet.com “Report”a istinadla xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini İlham Nemətov Beynəlxalq Mətbuat Klubunun iclasında bildirib. İclasda pandemiyaya qarşı mübarizədə dünya birliyinin həmrəylik göstərə bilib-bilməməsi, Özbəkistanın koronavirusa qarşı tədbirlərinin beynəlxalq aləmdə necə dəyərləndirilməsi və başqa məsələlər müzakirə mövzusu olub. …
Read More »Yearly Archives: 2020
“Ən böyük həmrəyliyi bu məsələdə göstərməliyik” – Şura üzvü
Bu sözləri ictimai birliklərin koronavirusla mübarizə çərçivəsində gördüyü işlərdən danışan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Emin Həsənli deyib. Şura üzvü Azərbaycanda “COVİD-19” virusuna qarşı mübarizə tədbirlərinin yüksək səviyyədə qurulduğunu deyərək, buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vtse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Həmsöhbətimiz hesab edir ki, bu qədər geniş miqyaslı …
Read More »On minlərlə vətəndaş üçün önü kəsilən SOSİAL YARDIM: – “İşsiz statusu üçün şərtlər yetərincə ağırdır”
“Mövsümi işdə çalışanlar, evdar xanımlar, tələbələr, təqaüdçülər və bu kimi kateqoriyaya daxil olan on minlərlər şəxs sosial yardımdan yararlana bilməyəcək”.Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirus infeksiyası ilə mübarizə istiqamətində atılan addımlar fonunda hökumətin qəbul etdiyi sosial dəstək paketinin tətbiqinə münasibət bildirən iqtisadçı Vüsalə Əhmədova bildirib.Vüsalə Əhmədova görə, işsiz statusu almaq üçün tələb olunan şərtlər yetrincə ağırdır və bu fonda on …
Read More »Onlar da saxta arayış satarkən saxlanıldı – Video
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir. Boyukmillet.com-un məlumatına görə, paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də …
Read More »Dünya ölkələri Koronavirusla mübarizədə Azərbaycan modelindən bəhrələnməlidir.
2019-cu ilin sonlarında Çinin Uxan şəhərindən başlayaraq dünyanın əksər ölkələrinə yayılan koronavirus infeksiyasının qarşısının alınması bəşəriyyət üçün ən qlobal problemə çevrilib. Bu baxımdan istər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST),istərsədə dünyanın inkişaf etmiş aparıcı dövlətləri planetimizi bu bəladan xilas etmək üçün bütün güclərini səfərbər ediblər. Artıq insan həyatı üçün son dərəcə təhlükə mənbəyinə çevrilən və çoxsaylı ölüm halları ilə müşaiyət olan koronavirus …
Read More »SEVİNDİRİCİ XƏBƏR: Alimlər koronavirusun zəif nöqtəsini tapıblar
Qeyri-kommersiya tibbi tədqiqat qrupu olan “Scripps Research” müəyyən edib ki, koronavirusun müəyyən bir sahəsi vaksinlər tərəfindən hədəfə çevrilib. Bu barədə “New York Post” məlumat yayıb. Çinin Uhan şəhərində ilk dəfə ortaya çıxan koronavirus (COVID-19) bu gün dünyada təxminən 1,5 milyon insana yoluxub. Epidemiya səbəbindən həyatını itirənlərin sayı 70 mindən çoxdur. Dünyanın hər yerindən olan elm adamları xəstəliyin baş verməsinin həlli …
Read More »Azərbaycanda daha 76 nəfər koronaya yoluxdu: Ölən var
Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Boyukmillet.com bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir. Məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər …
Read More »Azay Quliyevin təşəbbüsü ilə 200 ailəyə ərzaq, 2000 nəfərə tibbi ləvazimat yardımı göndərilib
Millət vəkili Azay Quliyevin təşəbbüsü ilə 200 ailəyə ərzaq, 2000 ailəyə tibbi ləvazimat yardımı göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə millət vəkili koronavirusla mübarizə məqsədilə görülən və görüləcək tədbirlərlə bağlı yayınladığı açıqlamasında qeyd edib. Koronavirus (COVİD-19) təhlükəsinin artdığı şəraitdə seçicilərimlə bağlı görülən işlər haqqında qısa məlumat verməyi zəruri hesab edirəm. Bildiyiniz kimi, mart ayının 25-dən etibarən yaşı 65-dən yuxarı …
Read More »RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI “Biz birlikdəyik”xeyriyyə aksiyasında iştirak edib
RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI VƏ DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə yaradılmış operativ qərargaha dünyada yayılmaqda davam edən epidemiya ilə əlaqədar edilən müraciətlərin sayı artmaqdadır. Təşkilata ünvanlanan sorğu sırasında çətin vəziyyətdə qalmış yaşlı nəslin müraciətlərinə daha fəal şəkildə cavab verilməkdədir. RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI VƏ DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT Fondunun prezidenti Fizuli Məmmədovun göstərişi əsasında Sankt-Peterburq və Leninqrad vilayətindəki RAİ-nin …
Read More »Akif Çovdarovla Sübahir Qurbanov həbsxanada ölümlərinə qədər saxlansaydılar – Faktları siyasiləşdirənlər Əli İnsanovu unudublarmı ?
İndiyədək çox əfv və aministiya aktları olub.Bu dəfəki onlardan biri ilsa da,zamana və tərkibinə görə özəllikləri var.Məsələn,bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Azərbaycanın hüquq sistemində həm də əfv institunun fasiləsiz fəaliyyəti təmin edilir.Əfv və Aministiya aktları ətrafında Azərbaycanda həmişə mübahisələr açılıb.Bütün cəmiyyətin indiyədək birmənalı qəbul etdiyi əfv və ya aministiya faktı olmayıb.Bu dəfə də mübahisələr gedir və bu təbiidir.Ancaq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar