Boyukmillet.com xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Huma Kəşfin Naxçıvandan bəhs edən “Azərbaycanın Naxçıvan Muxtar Respubikası:Nuhun Mirası” məqaləsi www.cgss.com.pk saytında dərc olunub. Məqalədə muxtar respublikanın tarixi, coğrafi mövqeyi haqqında oxucusuna məlumat verən tədqiqatçı hələ qədim dövrlərdən bəri Azərbaycan torpağı olan Naxçıvanın ölkənin dövlətçilik ənənələrinə mühüm töhfələr verdiyini vurğulayır. Tədqiqatçı yazır ki, Naxçıvan qədim insan məskənləri, tarixi yerləri, …
Read More »Yearly Archives: 2020
Ölkədə 158 mindən çox əməkdaşın evdən çıxma icazəsi təsdiqləndi
Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının bu günə olan sayı açıqlanıb. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sistemin fəaliyyətə başladığı ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib. “Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı …
Read More »Bakıda yeni yerüstü piyada keçidi açılıb
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində paytaxtın Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilmiş yerüstü piyada keçidinin açılışında da iştirak edib. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat …
Read More »Bakı-Sumqayıt yolunun genişləndirilməsi tıxac və avtomobillərin sıxlığını aradan qaldıracaq
“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çox böyük rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verərkən deyib. Onun sözlərinə görə, Bakının şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından bu layihənin olduqca mühüm əhəmiyyəti var: “Layihənin icrası …
Read More »Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb
Bütün dünyaya yayılan koronavirusun Çinin sərhəd qonşusu olan Tacikistanda aşkarlanmaması böyük maraq doğurub. Bu barədə “HaberGlobal” məlumat yayıb. Qeyd edək ki, epidemiya məhz Çindən bütün dünyaya yayılaraq, 200-ə yaxın ölkəni öz təsiri altına salıb. Bəzi ekspertlər Tacikistanda yoluxma halının olmamasını rəsmi Düşənbənin idarəçiliyinin qələbəsi kimi qeyd edirlər. Digərləri isə bunu Çinin qonşusu olmasına rəğmən, Tacikistanın əhəmiyyətli yollardan kənarda qalması, tranzit …
Read More »Avtomobilə xüsusi icazə alınmalıdır?- Hökumət sözçüsü aydınlıq gətirdi
Nazirlər Kabineti çölə çıxmaq üçün icazəsi olan şəxsin avtomobildən istifadə məsələsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, “Evdən çıxmaq üçün icazəsi olan şəxs öz avtomobilindən sərbəst şəkildə istifadə edə bilər”,– deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, SMS vasitəsilə verilən icazəli müddətdən sonra vətəndaşın avtomobili ilə hərəkət etməsi onun üçün zəruridirsə, buna icazə verilir: “Qısası, …
Read More »Azərbaycanda hansı şəhər və rayonlarda nə qədər koronavirusa yoluxan var? – İlk dəfə açıqlandı (SİYAHI)
Azərbaycanda koronavirusun yayılma coğrafiyası ilk dəfə açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu haqda koronavirusinfo.az saytı məlumat yayıb. Qeyd edək ki, Operativ Qərargah ancaq yoluxma hallarının sayına dair məlumatları açıqlayırdı, virusun hansı ərazidə neçə nəfərdə qeydə alındığı barədə məlumatlar isə qapalı idi. İndi açıqlanan məlumatdan məlum olur ki, infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir. Onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) …
Read More »Deputat Covid19 korona virusu ilə mübarizə üçün vacib və lazımi təkliflər verdi
89 saylı Göyçay Ağdaş Seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 01 aprel 2020-ci il tarixində Milli Məclisin onlayn iclasında bu günün tələblərinə uyğun vacib təkliflərlə çıxış edib. Beləki, 65 yaşından yuxarı yaşlı nəsilin nümayəndələrinə pensiyalarının evdən çıxmadan verilməsinin mexanizmini rayon, qəsəbə, xüsusən kəndlərdə ASAN xidmət, DOST könüllüləri, bu qurumlar olmayan ərazidə isə rayon icra hakimiyyəti, YAP, Gənclər İnkişaf …
Read More »Naxçıvanda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri görülür
Naxçıvan şəhərinin küçə və prospektləri yoluxucu xəstəliklərə qarşı dezinfeksiya olunub.Boyukmillet.com xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə erkən saatlarda, yollarda hərəkətin daha az olduğu vaxtlarda xüsusi məhlul vasitəsilə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinə 40 nəfərlik heyət və xüsusi xidməti avtomaşınlar cəlb edilib.Dezinfeksiya işləri magistral yollarda, körpülərdə, Naxçıvan Beynəlxalq Hava …
Read More »Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar