Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

ŞOK ƏMƏLİYYAT: Türk pilotsuz aparatı generalı MƏHV ETDİ

Liviyada Xəlifə Haftarın rəhbərliyindəki üsyançı ordunun generalı məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Haftara yaxınlığı ilə bilinən televiziya məlumat yayıb. Bildirilib ki, vacib əməliyyatları idarə edən Salim Diyak hava hücumu nəticəsində öldürülüb. İddialara görə, general Türkiyənin pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. Əməliyyat zamanı həmçinin bir qərargah yerlə bir edilib.  /Publika.az/

Read More »

Müxalifət funksionerindən Naxçıvanda görülən Koronavirus tədbirləri ilə bağlı maraqlı paylaşım+FOTO

Boyukmillet.com xəbər verir ki, müxalifyönümlü Ümid Partiyasının sədr müavini Tamilla Qulami özünün “Facebook” səhifəsində “Naxçıvanda yaşayan bir dostumuz yazıb” başlığı ilə maraqlı paylaşım edib. Həmin paylaşımda nəzər yetirdikdə məlum olur ki, hazırda Naxçıvanda olan, lakin Bakı qeydiyyatlı kimsə partiya funksioneri ilə “WhatApp” proqramı vasitəsilə yazışıb və Naxçıvanda Koronovirus pandemiyası ilə bağlı vəziyyəti, yerli hakimiyyət qurumlarının iş prinsipi barədə ətraflı məlumat …

Read More »

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.Bu barədə QHT.az-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib.Təşkilat rəhbəri bilirib ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi olaraq dövlətimizin koronavirusla mübarizəsinə kiçik də olsa dəstək olmaq məqsədilə cənab Prezident tərəfindən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürtdük.“Bundan əlavə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına …

Read More »

Prezident: “Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq”

Bu gün Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdikdən sonra xəstəxananın kollektivi ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, görüş zamanı dövlət başçıs bu gün ölkənin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Read More »

İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin – TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. …

Read More »

Koronavirusla bağlı sosial şəbəkələrdə yalan xəbər yayanlar saxlanıldı

Sosial şəbəkələrdə Zaqatalada koronavirus infeksiyasının yayılması ilə bağlı yalan xəbər yayan şəxslər saxlanılb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada …

Read More »

Polşadan gələn vətəndaşlarımız karantinə yerləşdirilib

Heydər Əliyev Beynəlxalq Aeroportu 27 mart tarixində Polşanın “LOT” aviaşirkəti tərəfindən Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirib. Boyukmillet.com xəbər verir “AzAL”-dan verilən məlumatda bildirilir ki, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən “LOT” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəblərdən çıxış hava limanına qayıtmaq barədə qərar qəbul edib. “LOT” aviaşirkətinin hava …

Read More »

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ticarət dünyasının xidmətindədir – Nazirdən açıqlama

“Bakı-Tbilis-Qars dəmiryolu xətti fəaliyyətini davam etdirir” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib. Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə hazırda 2 min 500 ton yük daşıması həyata keçirilir. Ruhsar Pekcan bu miqdarın 6 min tona qədər artırılacağını istisna etməyib. “Zərurət yaransa, bunu 6 min tona qədər artıra bilərik. Belə bir zamanda dəmiryollarına xüsusi diqqət yetirməliyik”, – deyə …

Read More »

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən verilən m əlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki …

Read More »

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb?

Martın 27-si saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb. Boyukmillet.com xəbər verir ki, milli valyuta ilə yığılmış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib. Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dolları, 13 …

Read More »