Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyev mediaya müsahibə verib. O, koronavirus pandemiyası ilə bağlı rayondakı sahibkarların real vəziyyətindən və digər məsələlərdən danışıb. Azinforum.az həmin müsahibəni təqdim edir.
Read More »Yearly Archives: 2020
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Boyukmillet.com təbriki təqdim edir: Əziz həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, əziz bayram günlərində xoş əhval-ruhiyyə, can sağlığı və səadət arzulayıram.Novruz Azərbaycan xalqının uzun əsrlərdən bəri qeyd etdiyi bayramdır.Vətənimizin hər güşəsində el adət-ənənələrinə uyğun olaraq böyük sevinc içində keçirilməkdədir. Novruz xalqımızın öz tarixi-mədəni keçmişinə və milli-mənəvi dəyərlərimizə bağlılığın mühüm göstəricisidir. Bu il Novruz bayramını dünyanın böyük bir …
Read More »Mübariz Mənsimova daha bir pis xəbər Moskvadan gəldi
“Rusiya və bu ölkənin şirkətləri Mübariz Mənsimovun oğurladığı vəsaitlərin qaytarılmasını tələb edə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a rusiyalı politoloq Yevgeniy Mixaylov Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbs edilməsini şərh edərkən deyib. “Məlum olduğu kimi, Rusiyanın səbri çoxdur, amma bir gün qanunları pozaraq dövlətdən milyardlarla vəsait oğurlayanlar layiqli cəzalarına çatırlar. Mübariz Mənsimovun da iri məbləğdə törətdiyi vergi cinayətləri nə …
Read More »Prezident: “Fövqəladə vəziyyət elan oluna bilər”
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, Prezident dünyanın bəlasına çevrilən koronavirusa qarşı ölkədə keçirilən tədbirlərdən danışıb. İlham Əliyev qeyd edib ki, bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar: “Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə …
Read More »SABİR RÜSTƏMXANLIDAN Novruz Təbriki
Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri millət vəkili Sabir Rüstəmxanlı Novruz bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz bacılar və qardaşlar! Novruz bayramı münasibətilə hamınızı təbrik edir, hər birinizə, uzun ömür və xoşbəxtlik arzulayıram. Azərbaycanın ən qədim bayramlarından biri olan Novruz Şərq təqviminə görə yeni ilin gəlişini göstərməklə yanaşı, baharın, saflığın və bərəkətin …
Read More »Türkiyəli general koronavirusdan öldü
Türkiyə Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman koronavirusdan ölüb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, onun həyat yoldaşı da koronavirusa yoluxduğuna görə müayinə altındadır. General 80 yaşında İstanbulda ölüb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 381-ə çatıb. 9 276 nəfər isə virus səbəbi ilə ölüb. Ümumdünya …
Read More »Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanlı tələbələr Rusiyadan vətənə gətiriliblər
Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur. Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər. Boyukmillet.com-un xəbərinə görə, bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun …
Read More »Azərbaycandan 100 nəfər Almaniya vətəndaşı ölkələrinə göndərildi
Almaniyanın “Lufthansa” aviaşirkəti çarter reysi ilə 100 nəfər Almaniya vətəndaşının Azərbaycandan Hamburq şəhərinə çatdırılmasını təmin edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Azərbaycandakı səfirliyi yayıb. Məlumata görə, vətəndaşların göndərilməsi Almaniyanın Hamburq Senatının və Federal Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşıb. Səfirlik Almaniya vətəndaşlarının ölkədən göndərilmə prosesində iştirak edən Azərbaycanın dövlət qurumlarına, Heydər Əliyev Hava Limanına və “Lufthansa” aviaşirkətinə təşəkkür edib.
Read More »Azərbaycanda 10 yeni koronavirusa yoluxma faktı qeydə alındı
Azərbaycan Respublikasında 10 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında …
Read More »Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb – FƏRMAN
Prezident İlham Əliyev martın 19-da Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Boyukmillet.com -un məlumatına görə, Fərmanda deyilir: “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar