Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Mübariz Mənsimov xəstəxanaya yerləşdirildi

Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib. Boyukmillet.com “qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamının səhhətində ciddi problem yaranıb və dünən axşam İstanbulda xəstəxanalardan birinə aparılıb.Qeyd edək ki, Mənsimov bir neçə gün əvvəl əməliyyat olunub.Mübariz Mənsimovun vəziyyəti ilə bağlı “Palmali” Şirkətlər Qrupu ilə əlaqə saxlasaq da, bu barədə açıqlama verməkdən imtina ediblər.

Read More »

Alimlərdən ŞOK ARAŞDIRMA: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”

Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır. “Federal Press”-in xəbərinə görə, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər. Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır. Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, …

Read More »

Azərbaycan universitetlərində dərs ili uzadıldı

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb. Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq. Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək …

Read More »

Murad Dadaşov bu məşhurlara da efir qadağası qoydu

Xəzər TV-yə yeni rəhbər təyin olunan Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, Xəzər TV-nin efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şou-biznesin daha 3 tanınmış siması bu qadağaya tuş gəlib. Bunlar Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimovdur.

Read More »

Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı – SİYAHI

Prezident İlham Əliyev “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı …

Read More »

Azərbaycan koronavirusu müəyyənləşdirmək üçün test sistemi alır

Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı test sistemləri alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib.  Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 000 pasiyenti testdən …

Read More »

İçərişəhərdə Novruz tədbirləri ləğv edildi

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan “Yazz!” Festivalı ləğv edilib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib. İdarədən qeyd edilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.

Read More »

Çörək satışı qaydalarında virus yayılma risqlərinə rəvac verən normalar hələ davam etdirilir

Koronavirusla bağlı ölkədə qabaqcıl təhlükəsizlik tədbirləri görülür. Məlumdur ki, tədris müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bununla yanaşı, iaşə obyektlərində, dövlət müəssisələrində dezinfeksiya işləri aparılır. Ancaq marketlərdə çörək və digər qida məhsullarının açıq şəkildə satışı hələ davam edir. Nəzərə almaq lazımdır ki, çörək və digər un məmulatlarının qapalı şəkildə satılması ilə bağlı xüsusi standartlar müəyyən olunsa da, təəssüf ki, hələ də …

Read More »

Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl istintaqa cəlb olunacaq – RƏSMİ AÇIQLAMA (VİDEO)

Eldar Sultanov: “Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır” “İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır”. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Musavat.com-a açıqlamasında bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər. Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə …

Read More »

İranda koronavirusla mübarizədə həlak olanlara şəhid statusu verilib

İranda koronavirusa yoluxanlar arasında vəzifəli şəxslərin sayı da artmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, İranın Əl İşləri Sənayesi, Mədəni İrs və Turizm naziri Əli Əsgər Munisan, həmçinin Ticarət və Sənaye naziri Rza Rəhmani də virusa yoluxaraq karantinə alınıblar. Onlardan başqa, İranın Ali Rəhbəri Administrasiyasının yüksək vəzifəli əməkdaşı Məhəmməd Cavad İrəvani də virusa yoluxanlar arasındadır. Qeyd edək ki, İran parlamentinin …

Read More »