Çərşənbə , 17 Aprel 2024
Drone Cameras

Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl istintaqa cəlb olunacaq – RƏSMİ AÇIQLAMA (VİDEO)

Eldar Sultanov: “Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır”

“İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır”.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Musavat.com-a açıqlamasında bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.

Rəbiyyə Məmmədova ile ilgili görsel sonucu

Rəbiyyə Məmmədova

Nərmin Şahmarzadə ile ilgili görsel sonucu

Nərmin Şahmarzadə

Xədicə İsmayıl ile ilgili görsel sonucu

Xədicə İsmayıl

Musavat.com

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …